Accessibility links

Əfqanıstanda intiharçı hücumunda 18 nəfər həyatını itirib


Əfqanıstanın şərqində Nangarhar vilayətində keçmiş dairə rəhbərinin dəfni mərasimi zamanı baş vermis intiharçı bomba hücumu nəticəsində 18 nəfər həyatını itirib.

Hələlik hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Taliban qüvvələri hücumlar əlaqələri olduğunu rədd edib.

Son həftələr Əfqanıstan hərbi qüvvələri və İslam Dövləti qrupunun militantları arasında toqquşmalar baş verir.

Kabildə şiələrin mədəni mərkəzində intiharçı hücumundan sonra səhnə
Kabildə şiələrin mədəni mərkəzində intiharçı hücumundan sonra səhnə

İnsident paytaxt Kabildə şiələrin mədəni mərkəzində intiharçı hücumundan bir neçə gün sonraya təsadüf edir. Hücum 41 nəfərin ölümü, 80-dən çox adamın yaralanması ilə nəticələnib.

Hücuma görə məsuliyyəti İslam Dövləti qrupu öz üzərinə götürüb.

Bundan əvvəl də Kabildə və Əfqanıstanın digər yerlərində şiələrin ibadətgahları və mərasimləri zamanı hücumların məsuliyyətini İslam Dövləti qrupu öz üzərinə götürüb.

XS
SM
MD
LG