Accessibility links

Talibanın hücumu nəticəsində Əfqanıstan polisinin 13 personalı həlak olub


Əfqanıstanın şimalında Talibanın hücumu nəticəsində hökumət qüvvələrinin azı 13 personalı həlak olub.

Rəsmilərin verdiyi məlumata görə, silahlı üsyançılar Kunduz vilayətində Xan Abaddakı polis bölməsinə hücum edib.

Polis rəisi Hayatullah Əmiri ölənlər olduğunu Amerikanın Səsinə təsdiq edərək, polis yoxlama məntəqəsində 14 nəfərdən ibarət personalın olduğunu deyib. Polis rəisi əlavə edib ki, zabitlərdən biri qaça bilib, hücumçular bölmədən silah və sursat, eləcə də zirehli maşını götürüb.

Taliban qüvvələri hücuma görə məsuliyyəti dərhal öz üzərinə götürərək, toqquşma zamanı Əfqanıstan polisinin komandir də daxil olmaqla, 17 personalını öldürüldüyünü, bir nəfər isə üsyançının öldüyünü bildirib. Üsyançılar eyni zamanda, təhlükəsizlik qüvvələrinin yoxlama məntəqisinin də ələ keçirildiyini əlavə edib.

Talibanın sözçüsü tez-tez üstünlüklərin şişirdildiyi bəyanatlarla çıxış edir.

Əfqanıstan rəsmiləri bundan bir gün öncə ölkənin şərqindəki Qəzni vilayətində ayrı bir hücumda polis personalının azı doqquz üzvünün həlak olduğunu təsdiq edib.

Əfqanıstan hərbi qüvvələri Qəzni vilayətində Taliban qüvvələrinə qarşı döyüşdən sonra
Əfqanıstan hərbi qüvvələri Qəzni vilayətində Taliban qüvvələrinə qarşı döyüşdən sonra

Oktyabr ayında üsyançıların Əfqanıstanın hər yerində hökumət qüvvələrinə qarşı təkrarlanan hücumları müşahidə edilib.

Oktyabrın 17-də ölkənin şərqindəki Paktiya vilayətində Talibanın intiharçılardan ibarət qrupunun polis qərargahına hücumu nəticəsində vilayətin polis rəisi də daxil olmaqla, təhlükəsizlik qüvvələrinin 60 üzvü öldürülüb.

Bun hücumdan sonra Taliban üsyançılarının Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində hərbi bazaya intiharçı hücumu 43 polis zabitinin ölümülə nəticələnib.

Taliban qüvvələrinin oktyabrın 20-də iki məsciddə törətdiyi hücumlar nəticəsində isə 72 nəfər həyatını itirib.

Bundan bir gün sonra Kabildə hərbi akademiyanın qarşısında intiharçı hücumu 17 kadetin həyatına son qoyub.

Əfqanıstan qüvvələri ABŞ hərbi qüvvələrinin havadan dəstəyi ilə üsyançılara qarşı hücumları intensivləşdirib. Taliban Əfqanıstan ərazisinin 40 faizinin nəzarətini əlində saxlayır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG