Accessibility links

Əfqanlar xarici qüvvələrin dəstəyi olmadan milli polisin fəaliyyət göstərə bilməyəcəyini düşünür


Yeni sorğuda iştirak edən Əfqanıstan vətəndaşlarının yarıdan çoxu bildirib ki, onlar ölkələrinin düz istiqamətdə hərəkət etdiyinə inanır. Bununla yanaşı, respondentlərin 2/3-si milli polis və ordunun xarici qüvvələrin dəstəyi olmadan fəaliyyət göstərə bilməyəcəyini düşünür.

ABŞ-da qərargahlanan Asiya Fondu illik sorğunun nəticələrini açıqlayaraq bildirib ki, respondentlərin 52 faizi ölkənin götürdüyü istiqamət haqqında nikbin düşünür.

Keçən il bu göstərici 46 faiz idi. Ancaq sorğunu keçirən qrup xəbərdarlıq edib ki, bu tam reallığı əks etdirməyə bilər, çünki təhlükəsizlik problemləri səbəbilə ölkənin bəzi bölgələrində sorğu keçirmək mümkün olmayıb.

Respondentlərin çoxu ordu və polisin vicdanlı və ədalətli olduğunu düşünür, ancaq beynəlxalq qüvvələrin ölkəni tam tərk etməsini 2 il qalmış çoxları deyir ki, yerli təhlükəsizlik qüvvələrinin təkbaşına fəaliyyət göstərməsi çətin olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin Tayvanı ilhaqı ilə bağlı hədəsini təkrarlayır
please wait

No media source currently available

0:00 0:11:34 0:00
XS
SM
MD
LG