Accessibility links

Kabildə intiharçı hücumu zamanı 9 jurnalist həyatını itirib


Bu gün Əfqanıstanın paytaxtı Kabildə baş verən iki intiharçı hücum nəticəsində doqquz jurnalist daxil olmaqla, azı 26 nəfər həlak olub. Beş jurnalist daxil olmaqla isə azı 50 nəfər yaralanıb.

Əfqanıstan rəsmiləri və şahidlər bildirib ki, hücum səhər saatlarında intiharçı bomba hücumçusunun motosikletdə ölkənin kəşfiyyat idarəsi olan Milli Təhlükəsizlik Direktoratına yaxınlaşdığında özünü parlatması nəticəsində baş verib.

Polis sözçüsü deyib ki, xilasedicilər və media işçiləri hadisə yerinə gəldikdə, özünü jurnalist kimi göstərən ikinci bomba hücumçusu üzərindəki partayıcını partladıb.

İslam Dövləti qrupu “Amaq” xəbər agentliyi vasitəsilə Əfqanıstanın media işçilərinə qarşı ən tələfatlı hücumun məsuliyyətini öz üzərinə götürüb.
Yerli media müşahidəçisi, Əfqanıstan Jurnalistlərin Təhlükəsizliyi Komitəsi, jurnalistlərin öldüyünü təsdiqləyib və hücumu kəskin qınayıb.

Ölənlər arasında Azadlıq Radiosunun əməkdaşı Məhərrəm Durrani də daxil olmaqla, iki qadın jurnalist olub. Fransanın AFP xəbər agentliyi Kabildəki baş fotoqrafı Şah Marain öldüyünü təsdiq edib. Azadlıq Radiosunun daha iki işçisi də hücum zamanı həlak olub.

ABŞ qüvvələri və NATO-nun baş komandiri Con Nikolson “bu xain hücumları” kəskin qınayıb.

Hücumlardan bir neçə saat sonra Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində intiharçının maşında bomba hücumu azı yeddi nəfərin ölümünə və beş rumıniyalı əsgər daxil olmaqla, 16 nəfərin yaralanmasına səbəb olub. Yerli polisinin sözçüsü Amerikanın Səsinə bildirib ki, hücum zamanı xarici hərbi qüvvələrin üzvləri hədəf alınıb. O həmçinin qeyd edib ki, ölənlərin hamısı yaxınlıqda yerləşən dini seminariyanın, və ya mədrəsənin şagirdləri olub.

Güclü partlayış nəticəsində həmçinin doqquz mülki vətəndaş xəsarət alıb. Onların arasında bir neçə qadın da olub.

ABŞ ordusunun böyük hərbi bazasının yerləşdiyi Qəndəharda baş verən hücumun məsuliyyətini üzərinə alan olmayıb. Taliban üsyançıları Əfqanıstanın cənubunda böyük ərazilərə nəzarət edir və tez-tez yerli qüvvələr və onların beynəlxalq tərəfdaşlarına qarşı hücumlar törədir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG