Accessibility links

Misrin hərbi şurası fəhlə və qulluqçuları tətilləri dayandırmağa çağırır


Misrin hərbi şurası fəhlə və qulluqçuları tətilləri dayandırmağa çağırır
Misrin hərbi şurası fəhlə və qulluqçuları tətilləri dayandırmağa çağırır

Misirdə hakimiyyətə gəlmiş hərbi şura prezident Hüsnü Mübarəkin istefasından sonra maaşların artırılması tələbi ilə tətil keçirən hökumət qulluqçularını tənqid edib. Hərbi şuranın sözçüsü televiziya vasitəsil ölkədə vəziyyətin normal məcraya düşməsini təmin etmək üçün nümayişlərin dayandırılmasına çağıran yeni rəsmi bəyanatı oxuyub. Polis də daxil olmaqla, minlərlə insan hökumət qulluqçularının aksiyalarının bir hissəsini olaraq Qahirədə nümayiş keçirir. Bir neçə yüz insan Təhrir meydanında toplaşaraq etiraz aksiyası keçirir. Misrin hər yerində polis işçiləri maaşların artırılması daxil olmaqla, bir sıra tələblərlə nümayişlərə başlayan hökumət qulluqçularına qoşulub.

XS
SM
MD
LG