Accessibility links

Ekspert: Ayrılan vəsait ali təhsildə beynəlxalq rəqabətlilik üçün simvolik rəqəmdir


Azərbaycan hökuməti 2021-ci ildə “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 20 milyon 533,6 min manat ayırıb.

Bu barədə prezident İlham Əliyevin “Azərbaycan Dövlət Neft Fondunun 2021-ci il büdcəsi haqqında” fərmanında bildirilir.

Təhsil məsələləri üzrə ekspert Limunət Əmrahlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, ayrılan vəsait ölkədə ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması üçün çox kiçik, simvolik bir rəqəmdir.

please wait

No media source currently available

0:00 0:03:55 0:00

Onun fikrincə, ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması üçün ilk növbədə kafedralara müəllimlərin seçilməsində yeni yanaşma olmalıdır.

“Kafedraların müəllim-professor heyəti dünyanın qabaqcıl ali təhsil müəssisələrinin müəllim-professor heyətinin seçiminə uyğunlaşdırılmalıdır. Çox təəssüf ki, Azərbaycanın ali təhsil müəssisələrində bəlkə də latın qrafikasını düzgün biməyən, internetdən istifadə edə bilməyən müəllimlər var. Bu, danılmaz bir faktır. Bu gün ali təhsil müəssisələrində hansısa təsadüfi hallarla, hansısa münasibətlərdən yaranan nəticələrə görə, hansısa yollarla müəllim işləyənlər həddindən artıq çoxdur. Ona görə də müəllimlər müasir dövrün çağırışlarına cavab verməlidir, aydın düşüncəli və cəsarətli olmalıdır. Əlbəttə, burada maddi təminat da mühüm rol oynayır. Həm də kadrların hazırlanmasına diqqət artırılmalıdır,” o qeyd edib.

Onun dediyinə görə, son illər xarici ölkələrdə elmi dərəcə hazırlığı ilə bağlı xeyli məhdudiyyətlər yaradılıb.

Ekspert hesab edir ki, ali təhsilin idarə edilməsinin demokratikləşdirilməsinə və büdcənin xərclənməsinin şəffaflığına ehtiyac var.

“1991-ci ildə qəbul edilmiş “Təhsil haqqında” qanunda ali məktəb rektorlarının seçkili olması əksini tapmışdı. Bu, xaricdə ali təhsil müəssisələrinin əksəriyyətində var. Əgər yenidən rektorların seçki yolu ilə təyinatı gündəliyə gətirilərsə, bu, böyük dəyişikliyə səbəb ola bilər. Nəinki, təhsil müəssisələrinin, ümumiyyətlə təhsil sisteminin idarə olunması şəffaf olmalıdır. Digər tərəfdən ali təhsil müəssisələrinin tədris planları yenilənməlidir, kvalifikasiyalar üzrə yeni dərsliklər hazırlanmalıdır. Bütün bunlar kadr hazırlığına çox müsbət təsir göstərər.”

Əmrahlının qənaətincə, ayrılan vəsait ölkənin iki universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti üçün bəs etməz.

“Azərbaycanın təhsil müəssisələrində ciddi laboratoriyalar yoxdur. Kafedraların isti laboratoriyaları belə yoxdur. Pedaqogika, psixologiya kafedralarının isti laboratoriyaları yoxdur. Hətta, Bakı Dövlət Universitetinin fizika, kimya fakültələrini qurtaranların əksəriyyəti laboratoriya məşğələləri, təcrübələr apara bilmir. Çünki öyrədilmir,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG