Accessibility links

Ekspert: 'Seçki hüquq pozuntularına görə məsuliyyət sərtləşdirilməlidir'


Parlament seçkisi, Bakı, 5 noyabr 2010
Parlament seçkisi, Bakı, 5 noyabr 2010

Gələn il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Son vaxtlar ölkədə iqtisadi, siyasi sahədə islahatların vacibliyi barədə rəsmi səviyyədə tez-tez bəyanatlar səsləndiyindən, seçki qanunvericiliyində hansısa dəyişikliyin olub-olmayacağı məsələsi də aktuallaşıb.

Artıq, cəmiyyətdə belə suallar da eşidilməyə başlayıb. Seçki Məcəlləsində islahatlara ehtiyac varmı? Varsa, konkret hansı addımlar atılmalıdır?

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkşıafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, ölkədə keçirilən bütün seçkilərədn sonra təkmilləşmələr olub və bu proses yenə də davam edəcək.

Məhərrəm Zülfüqarlı ​seçki qanunvericiliyi ətrafında Avropa Şurasının Venessiya Komissiyası ilə hökumətin əməkdaşlığını xatırladaraq deyib ki, bu qurumun təklifləri nəzərə alınıb: “Elə dairələr var ki, orda iki deputat seçkisi keçirilə bilər”.

Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı

“Güman edirəm ki, bu dəfə də ola bilər”

Konkret hansı dəyişikliklərin olmasına gəlincə, Məhərrəm Zülfüqarlı deyib ki, bir sıra dairələrdə 60 minə yaxın, başqa birisində 30 min seçici var:

“Yəni elə dairələr var ki, orda iki deputat seçkisi keçirilə bilər, seçicilərin sayı dairələrin sayını artırmağa imkan verir. İkinci, prosedur qaydalarda da dəyişikliklərə ehtiyac var. Ümumiyyətlə, seçkidən seçkiyə siyasi sistem inkişaf etdiyi üçün dəyişikliklər vacibdir. Yəqin gələn ilin parlament seçkilər üçün dəyişikliklərin şahidi olacağıq”.

O, seçki qanunvericiliyindəki dəyişikliklərin seçkilərə təsir edəcəyini bildirib:

“Əvvəlki seçkilərdə qeyri hökumət təşkilatlarını (QHT) müşahidəyə buraxmırdılar, 2005-ci ilin oktyabrından bu istiqamətdə qadağalar ləğv edildi. Zaman-zaman dəyişiklər olur və buda sistemin təkmilləşməsinə yardım edir”.

“Gerçək islahatlara yol demokratik və azad seçkilərdən keçir”​

Hafiz Həsənov
Hafiz Həsənov

“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov isə hesab edir ki, bütün sahələrdə islahatların əsasında azad və ədalətli seçkilər dayanır:

“Gerçək islahatlara yol demokratik və azad seçkilərdən keçir. Bu baxımdan indiki mərhələdə, seçkilərə bir il qalmış seçki qanunvericiliyində islahatlar başlamalıdır. Bütün seçki komissiyalarında dəyişikliklər olmalıdır və ictimai etimad qazanan komissiyalar yaranmalıdır. 2020-ci ili gözləməkdənsə, indidən bu məsələlər gündəmə gətirilməlidir. Çox təəssüf ki, seçki qanunvericiliyi barədə hamı ümumi fikirkər irəli sürür, amma qanunun dəyişilmə proseduru ilə bağlı konkret hərəkətlər yoxdur. Bu məsələni iqtidar, müxalifət, müstəqil ekspertlər və nəhayət, beynəlxalq təşkilatlar gündəmə gətirməlidir. Əks halda, indiki Seçki Məcəlləsi və mövcud komissiyalarla seçkilərin keçirilməsi əvvəlki seçkilərdən fərqləndirici vəziyyət yaratmayacaq”.

Hansı prinsipial dəyişikliklər vacibliyinə gəlincə, Hafiz Həsənov bildirib ki, birinci növbədə, seçki kampaniyasının müddəti 90 gün, seçkiqabağı təşviqat 60 gun müəyyən edilməlidir. 2015-ciildə keçirilən son parlament seçkilərində təşviqat müddəti cəmi 22 gün çəkib.Umumi kampaniya müddəti də 90 gündən az olub.

“İkinci, bütün səviyyəli seçki komissiyaları əsas siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında balanslaşdırılmış qaydada formalaşdırılmalıdır. Seçki Məcəlləsində yazılır ki, qanun pozuntusuna yol verən kommisiya üzvü kənarlaşdırılmalıdır. Avropa İnsan Hüquaları Məhkəməsinin (AİHM) 2005 və 2010-cu il parlament seçkiləri haqqqında bəzi dairələrlə bağlı qərarları (AHİM bəzi dairələrdə bir sıra namizədlərin hüquqlarının pozuntusunu tanıyıb-red) komissiyaların qanun pozuntusu etdiyini təsdiqləyir. Axı AİHM qərarlarının icrası yalnız kompensasiyanın verilməsi deyil. Üçüncü, vahid seçicilər siyahısı seçicilərin real sayına əsasən formalaşdırılmalıdır. Dördüncü, seçici imzalarını və digər seçki sənədlərinin yoxlanmasını müstəqil ekspertlər həyata keçirməlidir. Beşinci, seçkiqabağı təşviqat üçün hamıya bərabər imkanlar təmin edilməlidir və təşviqat imkanları genişləndirilməlidir. Altıncı, səsvermə şəffaf və geniş ictimai nəzarəti təmin edəcək qaydada aparılmalıdır. Yeddinci, seçkilərin nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar konkret və aydın müəyən edilməli, hüquqi mexanizmlər sadə, hamı üçün əlçatan olmalıdır”.

Təklif

Hafiz Həsənov daha sonra bunları təklif edib:

“Eyni zamanda, seçki hüquq pozuntularını müstəqil faktaraşdırıcı qruplar araşdırmalı, şikayətlərin verilməsi və araşdırılması çevik, sadə olmalıdır. Seçki hüquq pozuntularına görə məsuliyyət sərtləşdirilməli və məsuliyyətə cəlb etmə hamı üçün eyin qaydada tətbiq edilməlidir”.

Xatırlatma

Azərbaycanda əvvəlki illərdə seçki məcəlləsinə bir sıra dəyişiliklər edilib. Seçki kampaniyası və seçkiqabağı təşviqat müddəti azaldılıb.Müxalifət dəyişiklikləri əsasən mürtəce saysa da, hakimiyyət rəsmiləri belə fikirlərlə razılaşmayıblar.\Azərbaycanda sonuncu parlament seçkiləri 2015-ci ildə keçirilib. Seçkilərin nəticələrinə əsasən prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası (YAP) əksər seçki dairələrində qalib gələrək Milli Məclisdə çoxluğu qoruyub. Vətəndaş Həmrəyliyi Partiyası 2, daha 6 partiyanın hər biri isə 1 mandat əldə edib.

Hakimiyyətə müxalifətdə olan qüvvələrdən Milli Şura, Müsavat və REAL partiyasından isə bir nəfər belə parlamentə düşə bilməyib. Onlar bunu seçki mühütünün, qanunvericliyin azad rəqabətə imkan vermməməsi və seçkilərin total şəkildə saxtalaşdırılması ilə izah ediblər. YAP isə belə tənqidləri qəbul etməyərək, ölkədə azad və ədalətli seçkilərin keçirildiyini bəyan edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hökmətlə müşahidəçilərin sayı ilə bağlı razıalaşmadığından Azərbaycanda son parlament seçkilərini izləməyib. Hökmət rəsmiləri ATƏT-in seçki institunun başqa ölkələrlə müqayisədə Azərbaycanda seçkilərə daha çox müşşahidəçi göndərmək istədiyini qeyd edərək, buna qarşı çıxmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG