Accessibility links

Ekspertlər və siyasətçilər Azərbaycan-Türkiyə müttəfiqlik bəyannaməsini regionda yeni situasiyanın başlanğıcı hesab edir


İyunun 15-də Şuşa şəhərində (Bakıdan 430 kilometr cənub-qərb) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi müttəfiqliyi rəsmiləşdirən Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayıb. Birgə hərbi əməkdaşlığın yer aldığı bu bəyannamə ölkədə əsas müzakirə mövzsuna çevrilib.

Təhlilçilər bəyannamənin regionda yeni geosiyasi ab-hava yaranması üçün əsaslar yaratdığını bildirir.

Prezident yanında Strateji Araşdımalar Mərkəzinin keçmiş rəhbəri Fərhad Məmmədov hesab edir ki, müharibədən sonrakı reallıq yeni cizgilər alır.

“Azərbaycan və Türkiyə isə rəsmi olaraq müttəfiq olub,” o qeyd edib.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sənədi Amerika-Türkiyə münasibətlərinin yaxşılaşmasının sübutu kimi qiymətləndirir.

“Aydın oldu ki, Türkiyənin iştirakı olmadan Cənubi Qafqaz, Əfqanıstan və Orta Asiyada, hətta Ukraynada Qərbin təsirinin güclənməsi mümkün deyil. İsrailin uzunmüddətli təhlükəsizlik maraqları nəzərə alınmaqla, Qərb siyasətinin təşəbbüskar bələdçisi kimi Türkiyənin Yaxın Şərqdə rolunun güclənməsinin faktiki olaraq alternativi yoxdur," o belə hesab edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, Azərbaycan-Türkiyə hərbi ittifaqı nəhayət, rəsmiləşib.

“Biz hər zaman belə bir ittifaqı zəruri saymışıq. Şuşa bəyannaməsinə görə: "Azərbaycan və Türkiyənin hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə təcavüzün aradan qaldırılması məqsədilə... Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur,” AXCP lideri bildirib.

Müsavat Partiyasının başqanı Arif Hacılı da imzlanan sənədi dəstəkləyir.

“Türkiyə və Azərbaycanın "üçüncü ölkədən təhlükə olarsa" bir-birini qoruması barədə Şuşa bəyannaməsi, Şuşada Türkiyə baş konsulluğunun açılması qərarı, iki ölkə arasında imzalanan digər razılaşmalar Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm siyasi iradəyə əsaslanan yeni mərhələsidir,” o qeyd edib.

Siyasi ekspert Anar Məmmədli hesab edir ki, Şuşa bəyannaməsi siyasi sənəddir.

“Sənədin ikinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş Şuşada imzalanması və postmüharibə reallıqlarını əhatə etməsi simvolik anlam daşımaqla yanaşı, iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı qarşılıqlı siyasi iradəni nümayiş etdirir. Amma bu sənəd yuridik akt kimi iki ölkə arasında 11 il öncə imzalanmış "Strateji əməkdaşlıq və qarş;lıqlı yardım" sazişindən zəifdir. Sonuncu sənəd 2010-cu ildə Abdulla Gül və İlham Əliyev arasında imzalandıqdan sonra hər iki ölkənin parlamentlərində ratifikasiya olunub və qanuni qüvvəyə minib. Ötən 10 il ərzində Türkiyə-Azərbaycan hərbi-texniki əməkdaşlığı da məhz həmin sazişə əsaslanıb. Həmin sənəddə həm 1921-ci il Qars müqaviləsinə, həm 1994-cü il dostluq və əməkdaşlıq haqqında sazişə istinadlar var. Qarşılıqlı hərbi yardım da həmin sənəddə yer alır. Qısası, Şuşa bəyannaməsi özündən öncəki sazişlə müqayisədə daha çox siyasi mahiyyət kəsb edir,” Məmmədli bildirib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Turan agentliyinə bildirib ki, sənəd “Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Saziş” adlandırılır və bütün sahələri əhatə edir.

“Sənəd indiyənə qədər mövcud olan münasibətləri daha yüksək səviyyəyə qaldırır. Artıq müttəfiqlik məsələsi saziş səviyyəsində həll edilib və bir çox məsələləri daha dərindən özündə əks etdirir,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG