Accessibility links

Əli Həsənov prezidentin köməkçisi təyin edilib


Prezident Administrasiyasının köməkçisi Əli Həsənov

Prezident İlham Əliyevin sərəncamı ilə Əli Həsənov Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Həsənov bundan öncə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri idi.

O 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olub. Moskva Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professordur.

1994-1995-ci illərdə iqtidarda olan Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəziflərəində çalışıb.

O 19 iyul 2005-ci ildə Azərbaycan Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG