Accessibility links

Elmira Süleymanovanın Ombudsman kimi səlahiyyət müddəti başa çatır


Bu gün, noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirə olunub.

Bu barədə “Turan”agentliyinə İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa məlumat verib.

Onun sözlərinə görə, iclasda məsələ müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Parlamentin növbəti plenar iclası noyabrın 25-də keçirilməlidir.

Deputat bildirib ki, Ombudsman vəzifəsinə Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyevanın, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyevanın və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədlikləri irəli sürülüb. Onlardan birinin namizədliyi qəbul edilməlidir.

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildə yaradılıb. O vaxtdan Ombudsman vəzifəsində Elmira Süleymonova çalışır.

Hüquq müdafiəçilərinin onun fəaliyyətinə münasibəti birmənalı olmayıb. Bəzi hüquq müdafiəçiləri onun fəaliyyətini ümumən müsbət dəyərləndirsələr də, bir çoxları da tənqidi yanaşırlar.

Tənqidçilər deyirlər ki, son illər Azərbaycanda polis və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı şikayətlər getdikcə artır, amma rəsmi qurumlar kimi Ombudsman Aparatı da onların obyektiv araşdırılmasına lazımı səylər göstərmir. Rəsmilər işgəncə şikayətlərini bir qayda olaraq əsaslı saymırlar.

Elmira Süleymanovanın Ombudsman kimi səlahiyyət müddətinin artıq başa çatdığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG