Accessibility links

Məhbus cərimə kamerasına salınıb - anası şikayət edir


Həbsxana
Həbsxana

Məhbus Elşən Paşayev Qobustan Qapalı Həbsxanasından sentyabrın 19-da 1 saylı cəzaçəkmə müəssisəsinə qaytarılan kimi yenidən cərimə kamerasına salınıb. Hələ karantində olan oğlum guya cəzaçəkmə müəssisəsinin əməkdaşlarına fiziki təzyiq etmək istəyib. Bu yalandır və oğluma qarşı əvvəlki ədavətin nəticəsidir. Bu barədə Elşən Paçayefvin anası Lida Mirzəliyeva Amerikanın Səsinə bildirib.

Elşən Paşayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə 2005-ci il martın 10-da həbs edilib. O, 12 il müddətinə məhkum edilib və artıq cəzasının 10 il 7 ayını çəkib. E.Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı 2015-ci ilin fevralında Nizami rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib. Bundan sonra, Paşayev ağzını tikərək aclığa başlayıb.

Martın 19-da Nizami Rayon Məhkəməsi 1 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin təqdimatı əsasında Paşayevin cəzasının qalan hissəsini çəkmək üçün Qobustan qapalı həbsxanasına göndərilməsi barədə qərar qəbul edib. Paşayev məhkəmənin qərarından apellyasiya şikayəti verib. Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsi onun qapalı həbsxanada həbs müddətini 6 ayadək azaldıb. Məhkəmə-Hüquq Şurası isə Nizami rayon Məhkəməsinin sədrinə və prosesə sədrlik edən hakimə töhmət verib.

“Oğlumun həyatı təhlükədədir. 1 saylı cəzaçəkmə müəssisəsində ondan qisas alırlar. Anasının, bacısının, qardaşının belə Elşənlə görüşünə imkan vermirlər. Hətta cəzaçəkmə müəssisəsinin rəisi məni müəssisənin qarşısına belə qoymur. Mənə kömək edin. Hökumətin səlahiyyətli orqanları oğlumun təhlükəsizliyi ilə maraqlansın. Ana kimi onlardan ədalət sədəqəsi istəyirəm”, Mirzəliyeva hökumət orqanlarına müraciət edib.

Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə deyiblər ki, cəzaçəkmə müəssisələrində hər hansı məhbusun həyatı üçün təhlükə yoxdur.

“Cəzaçəkmə müəssisələrində qayda-qanun hamı üçün eynidir. Elşən Paşayevlə bağlı deyilənlərin əsası yoxdur, onun həyatına hər hansı təhlükədən söhbət belə gedə bilməz. Təqsirəndirilən şəxs və ya məhbus barədə tənbeh tədbirləri isə müəssisə rəhbərinin müstəsna səlahiyyətidir. Amma məhbus və ya təqsirləndirilən şəxsə cəzaların icraslı qanunvericiliyi həmin qərardan aidyyatı məhkəmə orqanına şikayət etmək hüququ verir. Elşən Paşayev də həmin hüquqdan istifadə edə bilər”, ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

XS
SM
MD
LG