Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-a səfər edəcək.
Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Əliyev mayın 1-dən 4-dək Texas ştatının Hyuston şəhərində keçiriləcək neft və qaz sənayesi üzrə “Dənizdə Texnologiyalar Konfransı”nda iştirak edəcək.
Konfransda Natiq Əliyevin Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, Xəzərin enerji resursları, enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsində tətbiq edilən texnologiyalar barədə çıxışı nəzərdə tutulub.
120 ölkəni təmsil edən 2400-ə qədər iştirakçının qatılacağı bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platforma, neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malik konfrans kimi qiymətləndirilir.