Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə aparılan danışıqların nəticə vermədiyindən sonra bölünmüş adanın 50 illik münaqişəsində "iki dövlət" çağırışını dəstəkləyən yeni seçilmiş liderini salamlamaq üçün Şimali Kiprə gedib.
Türkiyənin dəstəyi ilə keçmiş baş nazir Ersin Tatar keçən ay prezident seçkilərində qalib gəlib. Bu, beynəlxalq səviyyədə tanınan Kipr hökuməti ilə əlaqələri daha da gərginləşdirə bilər.
Türkiyə Şimali Kipri müstəqil bir dövlət kimi tanıyan yeganə ölkədir. Kipr 1974-cü ildə türk istilasından sonra parçalanmışdı.
Türkiyə hökuməti Ərdoğan və Tatarın əlaqələrin necə gücləndiriləcəyini və bu il Türkiyənin Kipr, Yunanıstan və Avropa Birliyi ilə dənizdəki ərazi hüquqları ilə bağlı toqquşduğu Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə edəcəklərini bildirib.
Gələn ay dənizdə qanunsuz neft və qaz axtarışına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməklə hədələyən AB Kipri 2004-cü ildə bloka qəbul edib.
Ərdoğan 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Kipr və Şimali Kipr arasındakı sülh danışıqlarının pozulmasından sonra yeganə həll yolunun ayrı hökumətlər olduğunu söyləmişdi.
Ankara Türkiyə, Yunanıstan, Kprin türk və yunanları, habelə Birləşmiş Millətlər arasında qeyri-rəsmi görüş təklif etmişdi.