Accessibility links

Ankara hücumu Ərdoğanın kürdlərə təzyiqini artırır [Video]


Ankara hücumu Ərdoğanın kürdlərə təzyiqini artırır [Video]
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Ankara hücumu Ərdoğanın kürdlərə təzyiqini artırır [Video]

Bu həftə Türkiyədə baş verən bomba hücumu Türkiyə höküməti və kürd separatçıları arasındakı mübarizəni qızışdırır və öz növbəsində Ankara və Birləşmiş Ştatlar arasında da gərginliyi artırır.Təhlilçilər deyir ki, Suriya qüvvələri Hələb şəhərinə hücumu davam etdirdiyi bir vaxt, Suriya münaqişəsindəki ziddiyətlər daha da dərinləşir.

PYD və PKK-ya başçılıq edənlər hücumla heç bir əlaqələrinin olmadığını desələr də, bizim daxili işlər nazirliyimiz və kəşfiyyat agentliklərimizin əldə etdiyi məlumata əsasən, hücumun onlar tərəfindən həyata keçirildiyi müəyyən edilib.
Rəcəb Tayyib Ərdoğan

Ankaranın mərkəzində baş verən hücum Türkiyə liderlərini qəzəbləndirib. Prezident Rəcəb Tayyib Ərdoğan isə çox hiddətli bir şəkildə bunun qisasının alınacağını bildirib. O, hücuma görə kürd separatçıları və onların suriyalı tərəfdarlarını təqsirləndirib.

“PYD və PKK-ya başçılıq edənlər hücumla heç bir əlaqələrinin olmadığını desələr də, bizim daxili işlər nazirliyimiz və kəşfiyyat agentliklərimizin əldə etdiyi məlumata əsasən, hücumun onlar tərəfindən həyata keçirildiyi müəyyən edilib.”

Ötən ildən bəri Ərdoğan kürd separatçılarına qarşı təqibləri artırdığı üçün cənub-şərqi Türkiyə döyüş meydanına çevrilib.

O, bu döyüşü Suriya qədər aparıb. Orada sərhəddə Türkiyə tankları kürdlərin fəaliyyət göstərdiyi Suriya ərazisinə atəş açır.

Təhlilçilərin sözlərinə görə, bu son hadisələr Ərdoğana hücum əməliyyatlarını artırmağı üçün bir bəhanə verir.

“Cənab Ərdoğan bu cür siyasət aparmaq üçün bəhanəyə ehtiyacı olan bir insan deyil, amma yenə də o bu vəziyyətdən öz xeyrinə istifadə edəcək.”

Ərdoğanın cavabı Türkiyə və Birləşmiş Ştatlar arasında onsuz da gərgin olan münasibətlərə daha da xələl gətirə bilər. NATO müttəfiqi olan bu iki ölkə də Suriya prezidenti Bəşər Əl-Əsədi devirmək və İslam Dövləti qrupunu məhv etmək istəyir.

Amma kürdlər məsələsinə gələndə onların maraqları toqquşur. Bir tərəfdən Türkiyə Suriyadakı kürdləri hədəf alır, digər tərəfdən isə Birləşmiş Ştatlar onları silahladırır və dəstəklməyə davam edir.

“Ankaranın Suriyadakı ilk rəqibi Əsəd rejimidir, daha sonra isə Suriyanın şimalında fəlaiyyət göstərən de fakto kürd siyasi qrumu olan PYD-dir. Bu baxımdan, Türkiyə və Birləşmiş Ştatların Suriyadakı siyasi maraqları fərqlənir,” deyə təhlilçi Metin Gürcan bildirib.

Mən Amerikaya səslənirəm. Mən bunu sizə neçə dəfə başa salmalıyam? Siz bizim tərəfimizdəsiniz yoxsa, terrorçu PYD və PKK təşkilatlarının?
R.T. Ərdoğan

Bu həftəki çıxışında, Tükriyə lideri qəzəbli olduğnu biruzə verib.

“Mən Amerikaya səslənirəm. Mən bunu sizə neçə dəfə başa salmalıyam? Siz bizim tərəfimizdəsiniz yoxsa, terrorçu PYD və PKK təşkilatlarının?”

Vaşinqton və Ərdoğan arasındakı gərginlik Suriya münaqişəsindəki mühüm bir vaxtda qızışır, çünki Suriya qüvvələri Hələbə qarşı hücumu artırır. Kürd döyüşçülər şəhər uğrunda mübarizədə mühüm rol oynayır, amma onların artan nüfuzu Ərdoğan üçün problem yaradır.

Çərşənbə günü isə Ankarada baş verən hücum Türkiyə liderinə bir daha təsdiq etdi ki, kürd təhlükəsi onun Suriyadakı digər maraqlarından daha üstündür.

XS
SM
MD
LG