Accessibility links

Ərdoğan Pens və Pompeo ilə görüşəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə döndükdən sonra bu həftə Ankaranın Suriyanın şimal-şərqində keçirdiyi əməliyyatları dayandırmasına təzyiq məqsədi ilə Türkiyəyə gedəcək ABŞ vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo ilə görüşəcəyini söyləyib.

Daha əvvəl Ərdoğan Sky News kanalına verdiyi müsahibəsində Pens və Pompeonun öz türk həmkarları ilə görüşəcəyini bildirmişdi. O isə ABŞ Prezidenti Donald Tramp Türkiyəyə gəldiyi zaman onunla görüşəcəyini deyib.

"Biz atəşkəs tələb edirik", Prezident Tramp çərşənbə axşamı Ağ Evdəki tədbir zamanı deyib. "Təsəvvür edə biləcəyiniz ən güclü sanksiyaları qoyduq. Təsiri olmasa, polada qoyacağımız kütləvi tariflər daxil olmaqla, bir çox şeyimiz var", o əlavə edib.

Türkiyə keçən həftə Ankaranın terrorçu kimi qələmə verdiyi, lakin Qərb dövlətlərinin əksəriyyəti tərəfindən İslam Dövləti qrupuna qarşı mübarizədə müttəfiq adlandırdığı Suriya kürd qüvvələrinə qarşı əməliyyata başlayıb.

Türkiyənin əməliyyatlara başlaması Ağ Evin ABŞ qoşunlarının ərazidən çıxarılacağını elan etməsindən bir neçə gün sonraya təsadüf edib. ABŞ qoşunlarının geri çağırılması qərarı həm Demokrat, həm də Respublikaçı millət vəkilləri tərəfindən kəskin tənqid edilib.

Türkiyəyə səfəri zamanı Pens ABŞ-ın "dərhal atəşkəs əldə etməsi və vəziyyətin danışıqlar yolu ilə nizamlanması şərtlərini" səsləndirəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG