Accessibility links

Ərəb Baharından 7 il sonra Misir yeni siyasi çətinliklərlə üzləşir [Video]


Ərəb Baharından 7 il sonra Misir yeni siyasi çətinliklərlə üzləşir
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Qahirədə coşğun kütlələrin uzun müddətdir ölkəni idarə edən Hüsnü Mübarəyi devirmək üçün nümayişlər keçirməsindən yeddi il ötür. Bu nümayişlər Ərəb Baharının ən nəzərəçarpan hadisələrindən oldu. Bu ilin mart ayında Misirdə prezident seçkiləri keçiriləcək və bu seçki ölkənin 2011-ci ilin ilk günlərində baş verən hadisələrdən sonra nəyi itirib, nəyi qazandığını göstərəcək.

Prezident və rəsmilər çox tənqid olunur. Bu isə daha öncə, son 50-60 ildə keçmiş prezident Camal Əbdül Nasirin hakimiyyəti altında heç vaxt baş vermirdi. Ona görə də, Misir irəliləyir, amma onları demokratiyanı inkişaf etdirmək üçün vətəndaş müharibəsindən keçən və əsrlər boyu mübarizə aparan ölkələrlə müqayisə etməyin
Səid Sadek

2011-ci ilin yanvar ayında misirlilər dəyişiklik üçün etirazlara başladı və istədikləri dəyişikliyə nail oldu. Bundan yeddi il sonra isə reallıq bir az mürəkkəb görünür. Lakin təhlilçilər deyir ki, bəzi şeylər müsbət tərəfə doğru dəyişilib.

“Prezident və rəsmilər çox tənqid olunur. Bu isə daha öncə, son 50-60 ildə keçmiş prezident Camal Əbdül Nasirin hakimiyyəti altında heç vaxt baş vermirdi. Ona görə də, Misir irəliləyir, amma onları demokratiyanı inkişaf etdirmək üçün vətəndaş müharibəsindən keçən və əsrlər boyu mübarizə aparan ölkələrlə müqayisə etməyin,” deyə Qahirədə yerləşən Amerikan Universitetindən Səid Sadek bildirir.

Suriya və Liviyadan fərqli olaraq Misirdə vətəndaş müharibəsi baş vermədi, çünki ordu şiddətdən yayındı. Lakin eyni zamanda onlar yeni azadlıqları məhdudlaşdırdı.

Misir prezident Əbdül Fəttah əl-Sissi 2014-cü ildə prezident seçilərək islamçı prezident Məhəmməd Morsini əvəzlədi. İndi əl-Sissi ikinci müddətə seçilmək istəyir. Bəzi seçicilər buna etinasız yanaşır, bəziləri narazıdır, digərləri isə onun qalmasını istəyir.

Misir prezidenti Əbdül Fəttah Əl Sissi
Misir prezidenti Əbdül Fəttah Əl Sissi

“O, Misir ordusunu yenidən qurur. O, Misir iqtisadiyyatını, infrastrukturunu bərpa edir. O, əhalinin sürətli artımı kimi bir çox çətin məsələləri həll edir,” Sadek deyir.

Amma Misir qütbləşib. İslamçılar əl-Sissiyə Müsəlman Qardaşlığını devirdiyinə görə qəzəblidir. Liberal seçicilər bəzi azadlıqların itirilməsinə görə gileylənir. Çoxları Misirin hələ də Ərəb Baharının təsirlərindən qurtulmalı olduğuna inanır.

Hazırkı hökümət Sissinin yenidən seçilməsini təmin etmək istəyir, lakin xalq 2011-ci ildə baş verən Ərəb Baharı zamanı verdiyi siyasi qurbanlardan sonra Misirin demokratiya olduğuna inanmaq istəyir
Ceyn Kinninmont

“Suverenliklə bağlı həssaslıq mövcuddur və bir çox digər Yaxın Şərq ölkələrindən fərqli olaraq burada millətçilik hissi daha yüksəkdir, çünki bura çox qədim torpaqdır və qədim sivilizasiyası var. Ölkədə millətçiliyə ziyan dəydiyinə və ölkənin siyasi və iqtisadi baxımdan layiq olduğu yerdən geri olduğuna dair düşüncə mövcuddur,” deyə Chatham House təşkilatından Ceyn Kinninmont bildirir.

Əl-Sissi zəif rəqabətlə üzləşir və onun seçkidə qalib gələcəyi gözlənilir.

“Hazırkı hökümət Sissinin yenidən seçilməsini təmin etmək istəyir, lakin xalq 2011-ci ildə baş verən Ərəb Baharı zamanı verdiyi siyasi qurbanlardan sonra Misirin demokratiya olduğuna inanmaq istəyir,” Kinninmont söyləyir.

Heç kəs seçkinin mükəmməl keçəcəyini gözləmir, lakin təhlilçilər deyir ki, bu seçki Misirin Təhrir Meydanında baş verənlərdən sonra nə qədər yol keçdiyini göstərəcək.

XS
SM
MD
LG