Accessibility links

Elmar Məmmədyarov sülh sazişi üzərində işə başlama üzrə fəaliyyət qrafikini müzakirə edib


Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşür
Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşür

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbust xidmətinin məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Elmar Məmmədyarov atəşkəsin pozulması hallarından danışarkən ilk növbədə, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq, həmsədrlər tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunmasının vacibliyini vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının münaqişənin həlli və etimadın yaradılmasında irəliyə doğru mühüm addım olacağını qeyd edən nazir Məmmədyarov sülh sazişinin layihəsi üzərində ciddi danışıqlara başlamağın zəruri olduğunu vurğulayıb. O Azərbaycanın buna hazır olduğunu ifadə edib.

Görüşdə həmsədrlərlə sülh sazişi üzərində işə başlama üzrə fəaliyyət qrafiki müzakirə olunub.

XS
SM
MD
LG