Accessibility links

Eş Karter İsraildə səfərdədir


ABŞ-ın müdafiə naziri Eş Karter ABŞ-ın Lockheed Martin şirkətinin hazırladığı ilk iki gələcək nəsil F-35 döyüş təyyarələrinin gəlişini qeyd etmək üçün İsraildə səfərdədir.

Karter Tel Əvivdə yerləşən hava qüvvələri bazasında İsrailin müdafiə naziri Aviqdor Lieberman tərəfindən qarşılanıb.

İsrail 50 təyyarə almağı planlaşdırır.

Lieberman F-35-i ölkənin hərbi gələcəyi üçün vacib adlandırıb və deyib ki, bu təyyarələr “İsrailin regionda hava üstünlüyünü qorumasının əsas komponentini təşkil edir”.

Associated Press F-35-in 400 milyard dollar xərci ilə Pentaqonun ən bahalı silah proqramı olduğunu bildirir.

XS
SM
MD
LG