Accessibility links

Administrasiya rəsmiləri Trampın İrana çağırışına qoşulub


ABŞ-ın müdafiə naziri Mark Esper və administrasiyanın digər rəsmiləri İranı pilotsuz təyyarə ilə vurulan yüksək hərbi liderinə görə təhdidlər əvəzinə, diqqətini ölkədəki vəziyyətə yönəltmək çağırışları edən prezident Donald Trampa qoşulub.

Esper general Qasım Süleymaninin öldürülməsi ilə bağlı kəşfiyyat məlumatlarının qeyri-müəyyənliyinə əlavə olaraq bildirib ki, 4 Amerika səfirliyinə qarşı hücum planlarına dair dəqiq dəlil əldə edilməyib. Ötən cümə günü prezident Tramp Sulüymaninin belə hücumları planlaşdırdığını deyib.

Tramp və onun müşavirləri ötən həftə İraqın paytaxtında hava limanında öldürülən Süleymaninin həmin zaman hansı “qaçılmaz təhlükə” törətdiyini açıqlamağı rədd etdiklərinə görə müxalif demokrat qanunvericilərin və bəzi respublikaçıların kəskin tənqidləri ilə üzləşib.

Lakin Ağ Evdə çıxış edən Tramp deyib ki, “Biz bunu ona görə etdik ki, o bizim səfirliyimizi partlatmaq istəyirdi. Biz bunu həmçinin başqa açıq-aydın səbəblərdən dolayı etdik. Bir nəfər öldü, bizim ordumuzdan bir nəfər öldü. Bundan bir həftə öncədə bir neçə insan ağır xəsarətlər almışdı”.

Bazar günü həm Esper, həm də prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayan deyib ki, azı 4 ölkədə səfirliklərin hədəf alına biləcəyinə dair kəşfiyyat məlumatları əldə edilib. Lakin dəlillərlə bağlı sualın cavabında müdafiə naziri əsaslı sübut olmadığnı əlavə edib.

İranda hökumət əleyhinə qalxmış nümayişçilərə dəstək ifadə edən ABŞ prezidenti Donald Tramp insan haqları monitorinq qruplarının ölkəyə buraxılmasına çağırıb.

“Dinc nümayişçilərin yenidən qətliamala nəticələnməsinə və internetin tamamilə qapadılmasına imkan verməməliyik“ - deyə, ABŞ lideri Tvitterdə yazıb.

İlk dəfə olaraq ABŞ prezidenti fars dilində ayrıca tvit yazaraq “cəsur nümayişçilərə” dəstəyini ifadə edib.

İranda rəsmilərin Ukrayna təyyarəsinin səhvən vurulduğunu etiraf etməsindən sonra etirazlar davam edir.

XS
SM
MD
LG