Accessibility links

Ətir texnologiyası [Video]


Ətir texnologiyası
please wait
Embed

No media source currently available

0:00 0:02:07 0:00

Tıxacda gözlədiyiniz zaman rahatladıcı ətirlər buraxan maşın alardınızmı? Bəs gerçək insan qoxusuna sahib robot? Alimlər deyir ki, yeni texnologiya yaxın zamanda bizim gündəlik həyatımızda bu cür cihazlardan istifadə etməyimizə gətirib çıxaracaq.

Britaniyanın Susseks Universitetin real ətirləri olan virtual dünya yaradıb.

İstifadəçilər virtual qapını açanda (burada həmin qapı yağış meşəsinə açılır), həmin yerə ətirlər buraxılır ki, oradakı gerçəklik hissi artsın.

“Bu çox məftunedici bir təcrübədir, çünki bununla ətraf mühiti kəşf edərkən oradakı ətirləri də hiss edə bilirsən”, deyə virtual reallığı sınaqdan keçirən Süzan Fişer-Murrey bildirir.

Qoxu texnologiyası daha öncə sınaqdan keçirilib. O, ən çox 1960-cı illərdə çəkilən Smell-o-Vision filmləri ilə yadda qalıb. Bu alimlər isə deyir ki, artıq ətir texnologiyası geri qayıdır.

“Texnologiya ilə emosiyalar və xatirələrlə əlaqələr yaratmaq, eləcə də qoxu hissindən, ətirlərdən istifadə edərək şüur altına daxil olmaq potensialı inanılmazdır”, Susseks universitetindən Emanuela Maggioni söyləyir.

Məqsəd isə təkcə əyləncə deyil. Məsələn burada sürüş simulyatoruna ətir yayan cihaz yerləşdirilib.

“Burada hər dəfə sürücü sürət limitini aşanda lavanda ətiri yayılır. Biz məhz lavanda ətirini seçdik, çünki o çox rahatladıcı ətirdir”, deyə Susskes Universitetindən Dmitrics Dmitrenko bildirir.

Bu çox məftunedici bir təcrübədir, çünki bununla ətraf mühiti kəşf edərkən oradakı ətirləri də hiss edə bilirsən
Süzan Fişer-Murrey

Mobil telefonlar da ətirlərdən istifadə edərək siqnallar göndərə bilər. Bizneslər artıq müştərilərin əməllərinə təsir göstərmək üçün qoxulardan istifadə edir.

“Onlar bunu təkcə reklam məqsədilə etmirlər. Bu həm də alış stimulu oyadır. Məsələn, əgər kitabxanadasınızsa və orada burnunuza qəhvə qoxusu gəlirsə, sizdə qeyri-ixtiyari qəhvə içmək ehtiyacı yaranır”, Maggioni deyir.

Maggioni deyir ki, insan münasibətlərində ətir çox mühümdür. Məsələn, bir kişi göz yaşı qoxusu alırsa, testesteron səviyyələri azalır və onda şəfqət hissi artır. Həmin psixoloji reaksiya artıq yeni texnologiyaya tətbiq oluna bilər.

“Robotlar bizim kimi qoxsa, onlara qarşı necə inam yarada bilərik?”, Maggioni söyləyir.

Bu, maraq doğuran, eyni zamanda isə vahiməli gələcəkdir. Alimlər deyir ki, indiyədək hələ də çox istifadə edilməyən qoxu hissinə yeni texnologiya təkan verəcək.

XS
SM
MD
LG