Hesablamalara görə Amerikada boya-başa çatan adamların dörddə bir hissəsindən çoxu dinlərindən imtina edib. Hərçənd ki, bir çox dinlər davamçılarını itirib, İslam dinindən imtina edənlər xüsusi çətinliklərlə üzləşir.
Bayram günləri Vaşinqtondakı barda xüsusi gecə təşkil edilib. Burada spirtli işçilər də var, küfr edənlər də. Buradakı lövhədə ərəb dilində “Burada Allah yoxdur” yazılıb.
Bir-birimizlə olanda özümüzü təhlükəsiz hiss edirik.Samirə Muxtar
"Keçmiş müsəlmanlar" Şimali Amerikanın keçmiş müsəlmanları tərəfindən təşkil edilib və onlar dindən imtina edənləri dəstəkləyir. “Bu insanlarla birlikdə olanda biz özümüzü təhlükəsiz hiss edirik,” deyə Birləşmiş Ərəb Əmirliklərində boya-başa çatan və sonradan Birləşmiş Ştatlara köçən keçmiş müsəlman Samirə Muxtar bildirir.
O, İslamdan imtina etdikdən sonra ateist olduğunu deyir. “Məsələn, biri məndən soruşanda nə içmək istəyirsən, mən qorxurdum. Çünki mən nə cavab verəcəyimi bilmirdim. Buradakı çox şeydən xəbərdar deyildim. Mən çox şeyin adını belə bilmirdim.”
“O, mənim həyatımda gördüyüm ilk keçmiş müsəlman idi.” deyə, Pakistanda anadan olmuş, lakin Texasda boya-başa çatan Sara Heydər bu qrupun təsisçisi Məhəmməd Səid haqda bildirir.
Məhəmməd Səid: “O, buraya ilk dəfə gəldikdə özü kimi insanları görüb, təəccüblənmişdi, O, “artıq mənimlə bu barədə danışan insanlar var” demişdi.”
Sara Heydər insanların çoxunun bu haqda danışmağa qorxduğunu deyir. “Müsəlmanların çoxu hansısa addımı atdıqda dindən uzaqlaşdığını düşünür. Mən bunun nə demək olduğunu başa düşürəm, insanlar ağıllarından keçənləri dilə gətirməkdən qorxur.”
Buraya yığışanların çoxu onları videoya çəkməməyi xahiş etdi. Amma ziyafətdən əvvəl Məhəmməd Səid buradakıları üzləşdikləri ölüm və atılma hədələrinin birləşdirdiyini söylədi. “Belə hadisələr tez-tez baş verir. Bizim qrupun üzvlərindən ailələri nə baş verdiyini öyrənəndə gecə-yarısı zəng edib “evdən qovuldum, yardım edin” deyənlər olur.”
Müsəlmanların çoxu hansısa addımı atdıqda dindən uzaqlaşdığını düşünür. Mən bunun nə demək olduğunu başa düşürəm, insanlar ağıllarından keçənləri dilə gətirməkdən qorxur.Sara Heydər
Vaşinqton şəhərinin imamı Məhəmməd Məcid deyir ki, bəzi müsəlmanlar dinin inkar edilməsini böyük cinayət hesab edir. Lakin o, həmin insanların yalnış fikirdə olduqlarını deyir. “Mən həmin insanlara sual verirəm, siz nə öyrədirsiniz? Siz insanlara təqlin edirsiniz ki, təhlükəsiz qalmaq naminə müsəlman olsun? Bu, tamamilə yanlışdır.”
Sorğu təşkilatlarından çoxu Birləşmiş Ştatlarda dinlərindən üz döndərən müsəlmanların sayı barədə məlumat vermir. Lakin keçmiş müsəlmanlar deyir ki, İnternet belə insanların bir-birini tapmasına yardım edir. Hazırda Amerikanın onlarla şəhərində bir neçə il əvvəl yaranan “Keçmiş Müsəlmanlar” qrupunun filialları fəaliyyət göstərir.