Accessibility links

Fətah tərəfdarları hərəkatın 55-ci ildönümünü qeyd edib


Fələstinlilərin prezidenti Mahmud Abbasın Fətah hərəkatının minlərlə tərəfdarı partiyanın 55-ci il dönümünü qeyd etmək üçün çərşənbə günü anklavda bir araya gəlib. Fətah hərəkatı Qəzzanın nəzarəti əlində olan Həmas üsyançıları ilə rəqiblik edir.

Fətahın müxtəlif bölgələrdən gələn tərəfdarları Sarı Fətah bayraqlarını dalğalandıraraq, mərhum Yasir Ərəfatın təməlini qoyduğu hərəkatın ildönümünü qeyd etmək üçün Qəzza şəhərində toplaşıb.

Bəzilərinin əlində keçmiş və hazırkı siyasi liderin şəkilləri olub.

İordan çayının Qərb Sahilində fəaliyyət göstərən Fətah onlarla tərəfdarının keçən il Həmas hakimiyyəti tərəfindən həbs edilməsindən sonra ildönümü tədbirini təxirə salmışdı.

Həmas liderinin sözlərinə görə, Qəzzadakı Daxili İşlər Nazirliyi çərşənbə günü mitinqin keçirilməsinə icazə verib.

İslamçı Həmas hərəkatı 2007-ci ildə Qəzzanın nəzarətini Mahmud Abbasın qüvvələrindən alıb. Nəticədə bölgə iki yerə bölünüb və Fələstin prezidenti İordan çayının Qərb Sahilinin işğal olunmuş hissəsinə nəzarət edir.

XS
SM
MD
LG