Accessibility links

Fərid Şəfiyev: Azərbaycan və ABŞ antiterror sahəsində sıx əməkdaşlıq edir


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Amerikanın Səsinə müsahibəsində 11 sentyabr terror hücumunun Azərbaycan-ABŞ münasibətlərinə təsirləri, Azərbaycanın terrora qarşı mübarizə strategiyası, dünyada terrorun qarşısının alına bilməməsinin səbəblərindən danışıb.

Amerikanın Səsi: 11 sentyabr terrorundan 20 il keçir. Bu hadisələrin Azərbaycan-ABŞ münasibətlərinə təsirləri barədə nə deyə bilərsiniz?

Biz müvafiq məlumatı ABŞ tərəfinə ötürür, ABŞ müvafiq məlumatları bizə ötürür. Bu, doğrudan da əsaslı və dərin əməkdaşlığa əsaslanan bir fəaliyyətdir.

Fərid Şəfiyev: Ümumiyyətlə təhlükəsizlik məsələləri bizim ikitərəfli əlaqələrin gündəmində çox vacib yer tutur. Xatırlatmaq istərdim ki, 11 sentyabr hadisələrindən sonra o vaxtkı prezident Heydər Əliyev birmənalı olaraq ABŞ-ın siyasətini dəstəklədi. Bizim ABŞ-la əməkdaşlığın bir sıra istiqamətləri mövcuddur. İlk növbədə qeyd etmək istərdim ki, İraqda əməliyyatdan sonra olan sülhməramlı fəaliyyətdə Azərbaycan hərbçiləri də iştirak edib. Bundan əlavə, biz 20 il ərzində Əfqanıstanda da sülhməramlı əməliyyatda iştirak etmişik. Bu yaxınlarda hətta NATO tərəfindən Azərbaycan hərbçilərinə təşəkkür bildirilib. O cümlədən, Kabul hava limanında fəaliyyətlərinə görə də Azərbaycan hərbçilərinə təşəkkür bildirilib. Təhlükəsizlik məsələrində də, antiterror sahəsində də Azərbaycanın və ABŞ-ın xüsusi mühafizə orqanları sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində bir sıra terrorçular həbs edilib. Biz müvafiq məlumatı ABŞ tərəfinə ötürür, ABŞ müvafiq məlumatları bizə ötürür. Bu, doğrudan da əsaslı və dərin əməkdaşlığa əsaslanan bir fəaliyyətdir.

Fərid Şəfiyev: Azərbaycan və ABŞ antiterror sahəsində sıx əməkdaşlıq edir
please wait

No media source currently available

0:00 0:13:04 0:00

Amerikanın Səsi: Amma ABŞ-la Azərbaycan həm Xəzər dənizində, həm də sərhəd zonalarında terrorizmə qarşı mübarizə ilə bağlı da əməkdaşlıq edir. Həmçinin iki ölkə texniki əməkdaşlıq edir. Bu barədə nə deyə bilərsiniz?

Fərid Şəfiyev: Bəli, Xəzər dənizində və sərhədyanı zonada qaçaqmalçılığa qarşı, müxtəlif hərbi sursat, hərbi materialların qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üçün ABŞ hökuməti Azərbaycana müvafiq avadanlıqlar verib. Bu da çox vacib bir istiqamətdir. Hələ də bu sahədə əməkdaşlıq davam etdirilir.

Amerikanın Səsi: İranla sərhədlərdə təhlükəsizliklə bağlı da ABŞ bu yaxınlarda əməkdaşlıqla bağlı bir təşəbbüs irəli sürüb.

Azərbaycanın sərhəd zonası ABŞ tərəfindən müvafiq texniki avadanlıqla təchiz olunub.

Fərid Şəfiyev: Bəli, bu, həmişə gündəmdə var idi. Yəni, Azərbaycanın sərhəd zonası ABŞ tərəfindən müvafiq texniki avadanlıqla təchiz olunub. Gömrük orqanları, sərhəd qoşunları, digər müvafiq orqanlar bu sahədə ABŞ-la əməkdaşlıq edir. Azərbaycan bu sahədə ABŞ-la əməkdaşlığa həmişə açıqdır. Hesab edirik ki, belə əməkdaşlıq həm Azərbaycanın, həm də ABŞ-ın təhülkəsizliyini möhkəmləndirir.

Amerikanın Səsi: 11 sentyabr hadisələrindən sonra dünyada terrora qarşı dövlətlər və ya dövlətlər birlikləri səviyyəsində mübarizə genişləndi. Azərbaycanın beynəlxalq səviyyədə terrorizmə qarşı mübarızə strategiyası necədir?

Azərbaycanın strategiyası ondan ibarətdir ki, ilk növbədə öz təhlükəsizliyini təmin edir.

Fərid Şəfiyev: Əməkdaşlığın təsirləri var. Xüsusilə terrorizmin mənbəyini aradan götürmək üçün maliyyə sahəsində əməkdaşlığın əhəmiyyəti var. Xüsusilə çirkli pulların dövriyyəsinin qarşısının alınması və terrorizmi maliyyələşdirən mənbələrin aradan qaldırılması üçün ABŞ bir sıra dövlətlərlə, həmçinin Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan da bu fəaliyyətə qoşulub. Azərbaycanın strategiyası ondan ibarətdir ki, ilk növbədə öz təhlükəsizliyini təmin edir. Öz təhlükəsizliyini təmin etmək xarici siyasətimizdə çoxtərəfli, çox vacib bir rol oynayır. Beynəlxalq təşkilatlarda bizim fəaliyyətimiz aydındır. Yəni, bizim diplomatlar müxtəlif platformalarda fəal iştirak edir. O cümlədən, Azərbaycan terrorizmin maliyyələşdirilməsinə qarşı mübraizə sahəsində səyləri və təşəbbüsləri dəstəkləyir. Öz təhlükəsizliyimizi qoruyaraq təbii ki, biz digər ölkələrin də təhlükəsizliyinə müəyyən bir töhfə veririk. Yəni, beynəlxalq təhlükəsizliyin fəlsəfəsi məhz ondan ibarətdir.

Amerikanın Səsi: Son günlər Kabildə baş verən bomba hücumu zamanı çoxsaylı insanlar həlak olub. Ekspertlər hesab edir ki, bu, dünyanın qabaqcıl gücə malik NATO dövlətlərinin və hətta ABŞ-ın terroru qabaqlayacaq qədər strategiya və taktikaya malik olmadığını bir daha nümayişidir. Sizcə, dünyada terror hücumlarının qarşısının alınması üçün indikindən fərqli strategiya necə olmalıdır?

Əfqanıstanda Əl-Qaidə darmadağın edilib.

Fərid Şəfiyev: Əgər biz Əfqanıstana baxsaq, orada olan səhvlərin, xətaların konteksti bir az ayrıdır. Yəni, Əfqanılstanda ABŞ-ın terrorizmlə bağlı Əl-Qaidəyə qarşı mübarizəsi uğurlu olub. Əfqanıstanda Əl-Qaidə darmadağın edilib. Söhbət ondan gedir ki, daha sonra ABŞ-ın o qədər də güclü vizionu (gələcəklə bağlı planı-red.) yox idi. Burada söhbət gedir ki, istəyirdilər ölkədə müəyyən dərəcədə öz modelləri əsasında quruluş qursunlar. Bu da alınmadı. Bu dərin bir məsələdir. Qısa zamanda bu suala cavab vermək mümkün deyil. Amma demək istəyirəm ki, Əfqanıstanda olan məsələlər ayrı bir kontekstdə müzakirə olunmalıdır. O ki, qaldı terrorizmlə necə mübarizə etmək məsələsinə, burada iki vacib istiqamət var. Birincisi, hüquq mühafizə orqanlarının fəaliyyəti, burada sadəcəterrorçuların harada fəaliyyət göstərməsindən, onların həbs olunmasından, onların şəbəkələrinin müəyyən edilməsindən söhbət gedir. İkinci, daha mürəkkəb məsələ ideoloji məsələdir. İdeoloji məsələdə, gündəmdə bir sıra məsələlər var. Hansılar ki, hesab edirəm ki, doğrudan da ABŞ tərəfindən bunda yetərincə diqqət yönəldilməyib. ABŞ və digər qərb ölkələri terrorizmin ideoloji cəhətdən necə aradan qaldırması barədə ciddi düşünməlidir. İdeoloji mənbələr aradan qaldırılsa təbii ki, digər texniki əməliyyat məsələləri asanlaşacaq.

Amerikanın Səsi: 11 sentyabr hadisələri Azərbaycanın milli təhlükəsizlik strategiyasına hansı yeni nüanslar əlavə edib?

Biz ölkə daxilində müfafiq orqanları gücləndirmişik.

Fərid Şəfiyev: Bəli, Azərbaycan bir sıra təşəbbüslərə qoşulub. Bizim hüquq mühafizə orqanları həm texniki, həm də əməliyyat baxımından gücləndirilib. Biz də ölkə daxilində müvafiq orqanları gücləndirmişik. Tarix göstərir ki, bir sıra hadisələr burada baş verə bilərdi. Bizim mühafizə orqanlarının fəaliyyəti nəticəsində onunn qarşısı alınıb. Digər istiqamət terrorizmin maliyyələşdirilməsi sahəsində Azərbaycanın maliyyə institutları bu istiqamətdə lazımi tədbirləri həyata keçirir. ABŞ və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir.

Amerikanın Səsi: 11 sentyabrdan sonra çoxsaylı Azərbaycan vətəndaşlarının Əfqanıstanda, Pakistanda, İraqda, Suriyada terror dəstələrinin tərkibində döyüşdüyü barədə çoxsaylı məhkəmə hökmləri var. Sizcə Azərbaycan vətəndaşlarının terror dəstələrinə qoşulmasına nə vadar edir? Bunun səbəblərini qloballaşmada, daxili və xarici siyasətdə və ya sosial durumda axtarmaq olar?

Hətta Azərbaycandan deyil, qərb dövlətlərindən də İŞİD-ə qoşulan şəxslər var idi. Burada ideoloji mənbələrdən söhbət gedir.

Fərid Şəfiyev: Bu, qlobal bir fenomendir. Hətta Azərbaycandan deyil, qərb dövlətlərindən də İŞİD-ə qoşulan şəxslər var idi. Burada ideoloji mənbələrdən söhbət gedir. Hərdən deyirlər ki, sosial səbəblər də var, yoxsulluq, işsizlik. Adamın müəyyən bir şeyə ehtiyacı ola bilər. Bu, o demək deyil ki, mənə nə isə lazımdır. Kimisə öldürməliyəm və ya oğurluq etməliyəm? Burada artıq söhbət mənəviyyatdan gedir. Qeyd etmək lazımdır ki, bəzi terror qurumları ideoloji təbliğatı ilə hərdən beyinləri yuyaraq özlərinə cəlb etməyə müvafiq olurlar. 19-cu əsrin sonunda 20-ci əsrin əvvəllərində anarxistlər, kommunistlər xüsusən gəncləri cəlb edərək müəyyən terror aktları törədiblər. Bu fenomen bu, və ya digər formada davam edir.

Amerikanın Səsi: Bu ideoloji təbliğata qarşı Azərbaycanın qarşılıqlı ideoloji təbliğatı necə olub ki, insanlar cəlb olunub. Burada söhbət bir nəfərdən, on nəfərdən getmir, min nəfərdən gedir. Çoxsaylı insan terror təşkilatlarına cəlb olunub.

Biz, antiterror sahəsində həm mühafizə-əməliyyat, həm də ideoloji sahədə addımlar atmalıyıq.

Fərid Şəfiyev: Bəli, yüz faiz təmin etmək çox çətindir. Təkcə Azərbaycandan deyil, qərb ölkələrindən, o cümlədən İngiltərədən, Fransadan qoşulan şəxslər olub. Azərbaycan qlobal bir ailənin üzvüdür. Sərhədlər açıqdır. İnternet var. Biz antiterror sahəsində həm mühafizə-əməliyyat, həm də ideoloji sahədə addımlar atmalıyıq. Məktəblərdə, universitetlərdə, xüsusən gənclər arasında müvafiq iş aparılmalıdır. Terrora qoşulma hadisələrini müəyyən dalğalarla müşahidə edirik. Gənclər nəyinsə arxasınca gedirlər, sonra çəkilirlər. Hadisələr göstərir ki, Azərbaycan müvəffəq olub, son illərdə Azərbaycandan terror təşkilatlarının tərkibinə qoşulanlarlın sayı aşağı düşüb.

Amerikanın Səsi: Sizin mərkəz tədqiqatlar aparır. Azərbaycan vətəndaşlarının dövlətin onları terrordan qoruma qabiliyyətinə inamı barədə nə deyə bilərsiniz?

Dövlətin nə qədər güclü mənəvi mesajları olsa insanlar o qədər ona inanarlar, qeyri-qanuni hərəkətlərdən çəkinərlər.

Fərid Şəfiyev: Bu sahədə əsas fundament, təməl Azərbaycan dövlətçiliyidir. Dövlətin nə qədər güclü mənəvi mesajları olsa insanlar o qədər ona inanarlar, qeyri-qanuni hərəkətlərdən çəkinərlər. İdeoloji baxımdan da dövlət insanlara təkliflər etməlidir. Bu var. Biz görürük ki, Azərbaycan inkişafdadır, onun bir ideologiyası var. Hesab edirəm ki, bir çox insanlar, xüsusən Yaxın Şərqdəki hərəkatlara gənclər qoşulmuşdu, bəlkə də onlar bizim işğal olunmuş əraziləri azad etmək istəyi ilə getmişdilər. Yəni müharibə istəyi ilə, vuruşmaq istəyi ilə getmişdilər. Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, torpaqlar azad olunub. Hesab edirəm ki, bu hadisənin təkcə ərazi baxımından yox, böyük ideoloji və mənəvi baxımından bundan 3-4 il sonra da təsirlərini müşahidə edəcəyik.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG