Accessibility links

San Fransisko üztanıma texnologiyasını qadağan edib


San Fransisko üztanıma texnologiyasını qadağan edib
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Üztanıma texnologiyası dünyada həyəcan təbili çaldırıb. San Fransisko bu texnologiyadan istifadəni qadağan edən ilk ABŞ şəhəridir. Belə ki, bu texnolgiya özəl həyatlara müdaxilə hesab edilir. Kaliforniyanın San Francisco şəhəri polis və digər şəhər agentliklərinə üztanıma texnologiyasından istifadəni qadağan edib. Bu şəhər tək deyil. Bir çoxları bu güclü texnolgiyadan narahatdır. Lakin bunun tərəfdarları da var.

San Fransisko dünyanın qeyri-rəsmi paytaxtı hesab edilir. Bu şəhər üztanıma texnologiyasından istifadəni qadağan edib. Bu qadağanı dəstəkləyənlər bu kimi texnologiyanın vətəndaş azadlıqlarını pozduğunu deyir.

"Hüquq-mühafizə orqanları və digər hökumət təşkilatlarının şəhər boyu sakinləri izləməsi fanktı insanları konstitusuyanın birinci düzəlişindən uzaqlaşdırır. Bu isə vətəndaş azadlıqları barədə narahatlıq yaradır" - deyə, Electronic Frontier Foundation təşkilatından natan Şird bildirib.

"ABŞ Konqresinin 28 üzvünün yanlış müəyyənləşdirən bu texnologiya hökumətin bundan yanlış şəkidlə istidafə etməsinə səbəb ola bilər" , San Fransiskonun Nəzarət Şurasından Aaron Peskin bildirib.

Çin üztanıma texnologiyasından daxili təhlükəsizlik əməliyyatlarında istifadə edir. Hətta ictimai tualetlərdə belə bundan tualet kağazının dəyişdirilməsi üçün də yaralanır.

Üztanıma texnologiyası yeni softveyr deyil. Lakin son illər bu texnologiya daha da təkmilləşdirilib.

Apple üztanıma texnologiyasından ifonların son buraxılığında telefonun açılması üçün istifadə edir. Amazon-nun səhmdarları iki dəfə bu texnologiyadan istifadə edilməsinə səs versə də, hər iki halda uğursuzluğa düçar olub. Tənqidçilər hesab edir ki, üztanıma texnologiyası qadınlar və rəngli insanların tanınmasında uğurlu deyil.

Vaşinqtonda isə qanunvercilər bu texnologiyanın vətəndaş azadlıqlarına təsirini müəyyən etməyə çalışır.

"Konqres heç olmasa sui-istifadə, nəzarətin olmaması və texniki bacarıqsızlıq, xüsusilə marjinal icmalar üçün böyük riskə səbəb olan polisin üztanıma texnologiyasından istifadəsinə moratorim tətbiq etməlidir" , Alqaritmik Ədalət Liqasın;n təsisçisi Coy Bulamvini deyib.

Lakin bəziləri bu texnologiyanın bəşəriyyətə bir imtiyaz olduğunu düşünür.

Hanson's şirkəti üztanıma texnologiyası və digər biometriklərdən barmaq izləri kimi ərzaq, tibbi ləvazımat və uşaq yeməkləri kimi məhsulların daşınmasında müştərilərin kimliyini müəyyən edir.

"Bu yasaq mənim üçün düzgün deyil. Əlbəttə, bu praktikadan istifadə nəzərdən keçirilməlidir. Biz debatlar yolu ilə bunun icmamızda hara məxsus olduğunu və icmamızın nə qədər etibarsız olmadığını müəyyən edə bilərik. Lakin biometriklərdən əl çəkmək sanki internetdən əl çəkməkdir. Çünki internetdən də pis işlər üçün istifadə edilə bilər" , Credence ID şirkətinin təsisçisi Brus Hanson bildirib.

ABŞ-ın digər şəhərləri də hökumət və şirkətlərin yeni qaydalar axtardığı bir vaxt bu texnologiyanın qadağan edilməsini nəzərdən keçirir. Lakin bu texnologiyanın inkişaf etməsi ilə yeni qaydaların necə işləyəcəyi bəlli deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG