Accessibility links

Fauçi: Həyat 2021-in sonunda normal vəziyyətə dönə bilər


ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Antoni Fauçi cümə günü bildirib ki, həyat pandemiyadan öncəki vəziyyətə gələn ilin ortalarında və ya sonunda dönəcək. O bunun vaksinin bu ilin sonunda hazır olub-olmayacağından asılı olacağını deyib.

Fauçi MSNBC telekanalına müsahibədə deyib ki, “vaksinləri paylamaq, əhalinin böyük hissəsinə vaksin vurub, onları qorumaq 2021-ci ilin ortaları və ya sonunda baş verə bilər.”

Ohayo qubernatoru Mayk DeVaynın Dr. Coan Duvenin ştatın səhiyyə departamentinin rəhbəri olacağını elan etməsindən bir neçə saat sonra Duvve bu təklifi rədd edib. Buna səbəb onun sələfi Dr. Eymi Aktonun koronavirus pandemiyası zamanı bağlama tədbirlərinin görülməsi ilə bağlı göstərişlər verdiyinə görə təzyiqlərlə üzləşdiyini öyrənməsi olub.

ABŞ-da bəzi xəstəxanalar onlara ayrılan Gilead Sciences şirkəti tərəfindən hazırlanan və COVID-19-a qarşı istifadə olunan remdesivir dərmanını geri çevirib. ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri İdarəsi (HHS) cümə günü bu xəbəri təsdiqləyib.

İyuun 6-a sentyabrın 8-ə kimi ştat və ərazilərin ictimai sağlamlıq idarələri HHS-ın təklif etdiyi remdesivirin 72 faizini qəbul edib. Daha sonra isə onların üçdə ikisini xəstəxanalar alıb.

Hökümət dərmanın paylanmasında aparıcı rol oynayıb, lakin bu ayın sonu bunu dayandıracaq və bu səbəblə də bəzi xəstəxalar sentyabrn sonunda dərmanın çatışmazlıq və pandemiyanın qışda da pisləşmə ehtimalına hazır olmaq üçün ehtiyat yığırlar.

Remdesiviri geri çevirən xəstəxanalar deyir ki, onlarda dərmanın kifayət qədər tədarükü var, çünki onlar dərmandan yalnız vəziyyəti ağır olan xəstələr üçün istifadə edirlər.

Klivlend Klinikasının yoluxu xəstəliklər üzrə mütəxəssisi Dr. Adarş Bimrac deyib ki, o, remdesivirin qiymətini nəzərə alaraq, dərmandan COVID-19-unyüngül formasını keçirən xəstələr üçün istifadə etməyə skeptik yanaşır.

Pandemiyanın başlanğıcında bəzi regionlarda 3120 dollar qiyməti olan remdesivirin çatışmazlığı yaşanırdı.

Kanadada martın ortalarından bəri ilk dəfə olaraq son bir sutkada COVID-19-da ölüm halı qeydə alınmayıb.

Cons Hopkins Universiteinin cümə gününə olan məlumatına görə, Kanadada ümumilikdə koronavirusdan 9214 ölüm, 137 676 yoluxma halı qeydə alınıb.

Dünya boyu COVID-19-a yoluxma halları artıq 28.5 milyonu keçib. ABŞ 6.4 milyon yoluxma və 193 min ölüm halı ilə dünya ölkələri arasında birinci yerdədir.

XS
SM
MD
LG