Accessibility links

Azərbaycanda qədim fauna və flora muzeyi yaradılacaq


Binəqədi dördüncü dövr fauna və flora qəbirstanlığı
Binəqədi dördüncü dövr fauna və flora qəbirstanlığı

Muzey “Binəqədi dördüncü dövr fauna və flora qəbirstanlığı” təbiət abidəsinin ərazisində yaradılacaq. Ərazidə dünyada rast gəlinməyən 50-150 min əvvələ aid nadir heyvan və bitki nümunələri aşkar olunub

Azərbaycanda qədim fauna və flora muzeyi yaradılacaq.

APA agentliyinin xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə institutun illik hesabat iclasında deyib.

Onun sözlərinə görə, hazırda muzeyin yaradılması istiqamətində işlər aparılır.

“Muzey “Binəqədi dördüncü dövr fauna və flora qəbirstanlığı” təbiət abidəsinin ərazisində yaradılacaq. Artıq muzey üçün ayrılmış ərazidə tədqiq olunan qatların radioaktivlik dərəcəsi müəyyən edilib və qatların kimyəvi analizi, suxurların mütləq yaşı təyin olunub”.

Qeyd edək ki, Azərbaycanın dünya şöhrətli təbiət abidəsi olan “Binəqədi dördüncü dövr fauna və flora qəbirstanlığı” ərazisinin müasir vəziyyətinin öyrənilməsi Geologiya İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Binəqədi rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə aparılıb.

Bu 2012-ci ilin iyununda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Binəqədi paleontoloji ekspedisiyasının rəhbəri Tariyel Heybətov bildirib ki, Binəqədi 4-cü dövr Fauna və Flora Təbiət Abidəsində dünyada rast gəlinməyən 50-150 min əvvələ aid nadir heyvan və bitki nümunələrinin aşkar olunması bu torpaqların çox qədim yaşayış məskənləri olduğunu göstərir.

Onun sözlərinə görə, bu təbiət abidəsi dünyanın ən zəngin və məşhur tapıntılarından hesab olunur.

“Bu yataq 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun tələbə geoloqu A.Məstanzadə tərəfindən aşkar edilib. 1.2 hektar ərazi Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci ildə verdiyi qərarla Dövlət Təbiət Abidəsi elan olunub”.

Ekspedisiya rəhbərinin dediyinə görə, ərazidə 300-ə yaxın heyvan, 22 növ bitki qalıqları- o cümlədən, 43 növ məməli heyvan, 109 növ quş, 2 növ sürünənlər, 1 növ suda-quruda yaşayanlar, 120 növ buğumayaqlıların qalıqları tapılıb. 30-40 yeni növ kəşf olunub. Bunların əksərinin nəsli kəsilib.
Onun sözlərinə görə, 1-ci ekspedisiya aparılandan sonra, burada 1955-ci ildə axırıncı qazıntı işləri aparılıb, ondan sonra tədqiqat işləri aparılmayıb.

“Biz bu işi davam etdirmək qərarına gəlmişik. Ona görə də, ərazi məişət və tikinti tullantılarından təmizlənir, yeni yataqlar açılır”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG