Accessibility links

ABŞ-ın Ərzaq və Dərman İdarəsi ilk dəfə nəfəslə COVID-19 testi götürən cihazın istifadəsini təsdiq edib


ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) aprelin 14-də tənəffüsdən COVID-19-u aşkar edə bilən cihazın təcili istifadəsi üçün icazə verdiyini bildirib. Bu, nəfəs vasitəsi ilə COVID-19 testi keçirilməsi üçün təsdiqlənən ilk cihazdır.

InspectIR şirkəti tərəfindən istehsal olunan və COVID-19 Breathalyzer adlı cihaz təxminən bir əl çantası böyüklüyündədir. FDA bu test cihazından əsasən həkim otaqlarında, xəstəxanalarda və mobil test məntəqələrində istifadə oluna biləcəyini xəbər verir.

Üç dəqiqədən az bir müddətdə nəticəni göstərə bilən cihazın istifadəsi
lisenziyalı tibb işçisinin nəzarəti altında həyata keçirilməlidir.

FDA-in Cihazlar və Radioloji Sağlamlıq Mərkəzinin direktoru Jeff Şuren cihaz haqqında danışarkən bunu "COVID-19 üçün diaqnostik testlərdə baş verən sürətli yeniliyin daha bir nümunəsi" adlandırıb.

FDA cihazın müsbət test nümunələrinin müəyyən edilməsində 91,2 faiz, mənfi test nümunələrinin müəyyən edilməsində 99,3 faiz dəqiqlik göstərdiyini bildirib.

"InspectIR-in həftədə təxminən 100 cihaz istehsal edə biləcəyi gözlənilir ki, onların hər biri gündə təxminən 160 nümunəni test etmək üçün istifadə edilə bilər" deyə idarə xəbər verib.

XS
SM
MD
LG