Accessibility links

Fed faiz dərəcələrini qeyri-müəyyən müddətə sabit saxlayacaq


Fed faiz dərəcələrini qeyri-müəyyən müddət ərzində sabit saxlayacaq
please wait

No media source currently available

0:00 0:01:24 0:00

Federal Ehtiyat Bürosu əsas faiz dərəcələrini sabit saxlayıb və bu il faiz dərəcələrini artırmaq planlarını aradan qaldırıb, çünki qlobal iqtisadiyyatla bağlı gözləntilərini azaldıb.

Belə görünür Federal Ehtiyat Bürosunun sədri Cerom Pauelin sarsıdıcı siyasət dəyişikliyi artıq başa çatıb.

O, bir zamanlar faiz dərəcələrini tədricən artırmaq niyyətində olan siyasətçiləri üç ay ərzində faiz dərəcələrinin artımını dayandırmağa inandırıb.

“ABŞ iqtisadiyyatının vəziyəti yaxşıdır və biz bu vəziyyətin davam etməsi üçün pul siyasəti vasitələrimizdən istifadə etməyə davam edəcəyik”, Pauel deyib.

Lakin Federal Ehtiyat Bürosu çərşənbə “iqtisadi fəaliyyətin artımın dördüncü rübdə azaldığını”səbəb gətirərək, əsas borcvermə faizini 2.25-2.5 faizdə saxlayıb və bu il hər hansı faiz artımının olmayacağının bildirib. Daha öncə isə Fed 2019-cu ildə azı iki faiz artımının olacağını proqnozlaşdırırdı.

Pauel Fedin bu qərarına səbəb olaraq mübahisəli iqtisadi işarələri göstərib.

Federal Ehtiyat Bürosunun daha yumşaq yanaşmasını dəstəkləyən investorlar ilk öncə bu xəbərə sevinib.

Lakin Goldman Sachs, JP Morgan Chase və American Express-in səhm dəyərləri fon birjasının dəyərini azaldıb. Faiz dərəcələrinin artmaması banklara da mənfi təsir göstərib.

Uoll Stritdə bəziləri hətta Fedin növbəti addımının faiz dərəcələrini azaltmaq olacağını düşünür.

Pauel isə hazırkı faiz dərəcələrini sabit tutmaq strategiyasının nə qədər müddət davam edəcəyinə dair işarələr əldə etmək üçün qlobal iqtisadiyyatı yaxından izləyir, xüsusilə də Çin və Avropadakı yavaşlamanı və Brexitin təsirlərini.

XS
SM
MD
LG