Accessibility links

Filadelfiyada sərnişin qatarı qəzaya uğrayıb [Fotoqalereya]


Filadelfiya şəhərinin meri Maykl Natter çərşənbə axşamı gecə qatarın reysdən çıxması ilə baş vermiş qəza nəticəsində beş nəfərin həlak olduğunu, onlarla insanın xəsarət aldığını bildirib.

Maykl Natter:

“Mən əməkdaşlarımla bərabər hadisə yerində oldum. Dəhşətli görüntü idi. Mən ömrümdə belə qəza görməmişdim. Başqa şahidlər də mənim sözlərimi təsdiqləyə bilər.”

243 sərnişin və ekipaj üzvü ilə Vaşınqton şəhərindən Nyu-Yorka gedən Amtrak qatarı relsdən çıxaraq qəzaya uğrayıb. Relsdən çıxan vaqonların sayı yeddidir.

Bir neçə tibbi yardım maşını hadisə yerinə gəlib. 200-dən çox yanğınsöndürən və polis zabiti qəza yerində qaranlıqda fənərlə dağıntılar altında qalmış sərnişinləri axtarıb. Altı sərnişin ağır xəsarət alıb.

Milli Nəqliyyat Təhlükəsizliyi heyəti bildirib ki, müstəntiqlərdən ibarət qrup rəsmi təhqiqat aparmaq üçün hadisə yerinə yollanıb.

XS
SM
MD
LG