Accessibility links

Haiyan qasırğasından 11 gün sonra yardım çatdırılmasında problemlər yaşanır


BMT bildirir ki, Filippininin mərkəzini viran qoyan Haiyan qasırğasından11 gün sonra ərzaq yardımına ehtiyacı olanların hamısına yardım çatdırmaq müükün olmayıb.

Dünya Ərzaq Proqramı yardıma ehtiyacı olan 2.5 milyon filippinlidən yalnız 1.9 milyonuna yardım göstərildiyini bildirib.

Dünya Ərzaq Proqramının icraçı direktoru Ertarin Kousin Manilada müxbirlərə bildirib ki, agentlik ucqar bölgələrə ərzın çatdırılmasındanda bir sıra texniki problemlərlə üzləşib.

Haiyan qasırğasının yaratdığı sunamiyəbənzər dalğalar və güclü külək kəndləri yerlə yeksan edərək, minlərlə insanın ölümünə səbəb olub.

İnfrastruktur problemləri ilkin yardımın çatdırılmasına maneələr törədib. Bu problemlər elektrik enerjisi, zəif rabitə, keçilməz yollar və yanacaq qıtlığından ibarətdir.

Lakin 1200 əsgəri ilə bölgəyə gələn ABŞ ordusunun köməyi nəticəsində yardımın çatdırılması prosesi sürətlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG