Filippinin rəsmiləri ölkənin mərkəzində yerləşən Leyte və Samar adalarında güclü qasırğa nəticəsində ölənlərin sayının 10 mindən çox olduğunu bildirib. Hayan qasırğası dünyada indiyədək qeydə alnmış ən güclü siklon kimi qiymətləndirilir. Sunami böyüklükdə dalğaların adanın sahillərində yaşayış məntəqələrini yuyub aparması nəticəsində çox sayda insanın suda boğulduğu bildirilir.
Qasırğanın zərər vurduğu yerlərdə su və ərzağa böyük ehtiyac duyulur. Üç gün ərzaqsız qalmış Leyte adasının paytaxtı Taklobanda bir qrup insanın mağazaları və 200 min əhalisi olan şəhərə yardım daşıyan maşınları talan etdiyi xəbər verilir. Lakin digər sakinlərin Filippin əsgərlərinin çatdırdığı yardımı almaq üçün dinc şəkildə növbədə gözlədiyi deyilir.
Filippin prezidenti Benino Akino bazar günü Taklobana - fəlakət yerinə uçub.
BMT-nin təcili yardımlar üzrə koordinatoru Valeri Amos fəlakətlərin vurduğu zərərin qiymətləndirilməsini müəyyən edən qrupun Taklobanda yerləşdirildiyini bildirib.