Accessibility links

Filippində ölümcül qasırğa ən azı 133 nəfərin həyatına son qoyub


Filippinin polis və fövqəladə vəziyyət rəsmiləri bildirirlər ki, daşqınlara səbəb olan tropik qasırğa nəticəsində ən azı 133 nəfər ölüb və onlarla insan itkin düşüb.

Cümə günü Mindanao adasının Tubod şəhərində insanların həlak olması haqqında xəbərlər yayıldı. “Çayın daşması nəticəsində evlərin əksəriyyəti sürüşüb. Kənd tamamilə yoxa çıxıb.” – deyə Tubod polis rəisi bildirib.

Piaqapo şəhərində 40 ev çayın gətirdiyi daşların altında qalıb.

Polis bildirir ki, 12,000 insan öz evlərini tərk edərək, yüksək ərazilərə köçüblər.

Filippində hər il təxminən 20-yə yaxın qasırğa olur və onların bəziləri ilin sonuna təsadüf edir.

2013-cü ilin noyabr ayında baş verən Haiyan qasırğası tarixdə olan ən ölümcül tropik qasırğa hesab edilir. Filippində Yolanda adı ilə tanınan həmin qasırğa 7,800 insanın ölümünə səbəb olub.

Filippinin hava agentliyi bildirir ki, son 65 ildə ölkə baş verən qasırğaların yeddisi Milad günlərinə təsadüf edib.

XS
SM
MD
LG