Accessibility links

Filippində iki bomba partlayışı nəticəsində 20 adam ölüb, 81 nəfər xəsarət alıb


Filippinin cənub adasında bir dəqiqilik fasilə ilə iki bomba partlayışı nəticəsində 20 adam ölüb, 81 nəfər xəsarət alıb.

Müsəlman yaraqlıların fəal olduğu Holo adasındakı kilsənin giriş qapısında basırıq yaranıb, bəzilər ayaq altında qalaraq yaralanıb.

Az sonra ikinci partlayış baş verib. Bu səbəbdən daha artıq insan ölüb və yaralanıb.

Polis ikinci bombanın yaxınlıqda saxlanılan motosikletə yerləşdirildiyini təxmin edir.

Birinci partlayış əsas girişidəki oturacaqlara yerləşdirilən bombanın işə düşməsi ilə baş verib.

Şahidlərin dediyinə görə, partlayış pəncərələrin şüşələrini sındırıb, insan cəsədlərinin parçalarını ətrafa yayıb.

Ölənlərin 15 mülki vətəndaş, 5-i əsgərdir.

Prezident Rodriqo Duterte hücumu "terror aktı" adlandırıb.

Hücumların məsuliyyətini üzərinə alan olmayıb.

XS
SM
MD
LG