Accessibility links

Filippində partlayış


Filippin hərbi rəsmilərinin verdiyi məlumata görə, mikroavtobusa yerləşdirilmiş bombanın partladılması nəticəsində bir nəfər Filippin əsgəri, beş polis nəfəri və dörd kəndli ölüb. Hadisə çərşənbə axşamı ölkənin cənub bölgəsində yerləşən nəzarət-buraxılış məntəqələrinin birində baş verib.

Polisin sözlərinə görə, bomba yoxlanış üçün mikroavtobusun dayandırılmasından sonra partladılıb. Avtobusun sürücüsünə nə olduğu ilə bağlı məlumat verilmir.

Bomba hücumunun məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib. Prezident Rodriqo Duterte ötən həftə ölkədəki ən böyük müsəlman üsyançı qrupu ilə yeni muxtariyyət razılaşması imzalayıb.

Hadisədən sonra ölkənin cənubundakı hökümət qüvvələrinə xəbərdarlıq edilib.

XS
SM
MD
LG