Accessibility links

Noyabrın 2-də Bakıda 8-ci Avropa filmləri Festivalı start götürür.

Avropa İttifaqının Azərbaycandakı ofisinin rəhbəri Kestutis Yankauskas oktyabrın 31-də bu hadisəyə həsr olunmuş brifinqdə çıxış edərkən bildirib ki, Avropanın müxtəlif ölkələrindən ümumilikdə 21 film nümayiş olunacaq. Bundan başqa, festivalda "Nar bağı" adlı Azərbaycan filmi də nümayiş olunacaq.

"Filmlər Azərbaycan tamaşaçısının Avropa ölkələrinin mədəniyyətini görməsinə imkan verir. Bəzi filmlərin rejissorları Bakıya gələcəklər və master-klass və müzakirələr keçirəcəklər", deyə o bildirib.

Avropa İttifaqı Azərbaycanla təkcə iqtisadi və siyasi sahələrdə münasibətləri möhkəmləndirməyə deyil, həm də mədəniyyət sahəsində münasibətlər qurmağa çalışır.

Daha sonra çıxış edən Fransanın Azərbaycandakı səfirinin müavini Fabyen Lozinski qeyd edib ki, festival Fransanın "Lyumyer" filmi ilə açılacaq.

"Film dünya kinematoqrafının yaranmasına həsr olunub və arxiv sənədləri əsasında çəkilib. Ümumiyyətlə, festival Azərbaycanı Avropa ölkələrinin mədəniyyətinə yaxınlaşdırmaq məqsədi daşıyır", deyə o bildirib.

Avropa Filmləri Festivalı noyabrın 12-nə qədər davam edəcək. Filmlər Park Cinema kinoteatrlarında nümayiş olunacaq, giriş pulsuzdur.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG