Accessibility links

Florens qasırğası Şimali Karolina ştatı sahillərinə yaxınlaşıb


Florens qasırğası Şimali Karolina ştatı sahillərinə yaxınlaşıb. Qasırğanın quruya iqtiqamət alması ilə səngiyəcəyi gözlənilir. Lakin bir neçə santimert yağış və küləyin güclü dağıntılara yol açacağı ehtimal edilir.

Florensin 2-ci kateqoriyaya enməsinə baxmayaraq, küləyin sürəti saatda 165 kilometrdir.

Milyonlarla insan maşın karvanları ilə sahil bölgələrdən uzaqlaşıb.

Şimali Karolina ştatının qubernatoru Roy Kuper evlərində qalmaq qərarı verən sakinlərə birbaşa müraciət edib.

O bu qasırğanın təsirinin gözlənilməz olacağını deyərək, onları həyatlarını riskə atmamağa çağırıb.

Ekspertlər Florensin Şimali Karolinanın 60 illik tarixində ən güclü qasırğa olacağını təxmin edir.

Virciniya, paytaxt Vaşinqton, Şimali Karolina və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib.

ABŞ prezidenti Donald Tramp Ağ Evin qasırğanın fəsadlarına hazır olduğunu bildirib.

XS
SM
MD
LG