Accessibility links

Florens qasırğasına hazırlıq işlərinin bitirilməsinə dair xəbərdarlıq yayılıb


ABŞ-ın Şimali Karolina ştatında Florens qasırğasına hazırlıq işlərinin bitirilməsinə dair xəbərdarlıq yayılıb. Belə ki, qasırğanın güclü yağış və küləklə həyati təhlükə yaradacağı proqnozlaşdırılıb.

Sinoptiklər 4-cü kateqoriyada olan qasırğanın güclənəcəyini gözləmir. Lakin milyonlarla insan maşın karvanları ilə sahil bölgələrdən uzaqlaşır.

Şimali Karolina ştatının qubernatoru Roy Kuper evlərində qalmaq qərarı verən sakinlərə birbaşa müraciət edib.

O bu qasırğanın təsirinin gözlənilməz olacağını deyərək, onları həyatlarını riskə atmamağa çağırıb.

Ekspertlər Florensin Şimali Karolinanın 60 illik tarixində ən güclü qasırğa olacağını təxmin edir.

Virciniya, paytaxt Vaşinqton, Şimali Karolina və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib.

Nyu-Cersi ştatında sakinlərə xəbərdarlıq verilib. Bölgədə daşqınlar gözlənilir.

ABŞ prezidenti Donald Tramp Ağ Evin qasırğanın fəsadlarına hazır olduğunu bildirib.

XS
SM
MD
LG