Accessibility links

Daha bir kruiz gəmisi koronavirus qurbanları ilə Florida sahillərinə yan alıb


Şənbə günü daha bir kruiz gəmisi iki ölü və bir çox koronavirus qurbanları ilə Florida sahillərinə yan alıb.

Princess kruiz gəmisinin sözçüsü Negin Kəmali bildirib ki, gəmi Mayamidə dayanıb.

Gəminin 1020 sərnişin və 878 gəmi heyəti günlərdir sahilə yaxınlaşmaq üçün icazə gözləyib. Kəmali 7 sərnişin və 5 heyət üzvündə koronavurus aşkar edildiyini deyib.

Səyahət edə bilənlər bazar günü təyyarələrlə daşınacaq. Digərləri isə həkimlərin qərarınadək gəmidə saxlanılacaq.

Bir gün əvvəl Zaandam və Rotterdam gəmiləri Port Everqleyds limanına yaxınlaşıb. Həmin gəmilərdən 14 nəfər təcili olaraq xəstəxanaya yerləşdirilib. Qalan sərnişinlər tədricən gəmidən çıxarılır.

Coral Princess səyahətini martın 19-da başa vurmalı isi. Lakin uçuşların gecikməsi, limanların bağlanması ilə kruiz gəmisi bir sıra müneələrlə üzləşmişdi.

Sərnişinlər özlərini kayutalarında təcrid etmiş, yeməklər otaqlara gətirilirmiş.

Sahil keşikçiləri son 3 həftə ərzində 250 min sərnişin daşıyan 120 gəminin qeydiyyatının aparıldığını bildirib.

XS
SM
MD
LG