Accessibility links

Ölümcül qripin qarşısını tam alacaq peyvənd yoxdur [Video]


Ölümcül qripin qarşısını tam alacaq peyvənd yoxdur
please wait

No media source currently available

0:00 0:02:19 0:00

2018-ci il tarixdə ən çox insanın ölümünə səbəb olmuş qrip epidemiyasının 100-cü ildönümü olacaq. 1918-ci ildə bu qripdən ölənlərin sayı I Dünya Müharibəsində ölənlərin sayından xeyli çox olub. Tibbin bir çox xəstəliklər sahəsində böyük sıçrayışlar etməsinə baxmayaraq, bu qrip olduğu kimi qalır.

Alimlər hər il qripə qarşı yeni peyvəndlər inkişaf etdirsələr də, gələn illərdə qripin hansı dalğasının yayılacağını təxmin etməyə çalışırlar. Bəzən onlar buna doğru cavab tapsalar da, çox hallarda yanılırlar. Milli Səhiyyə İnstitutundan doktor Entoni Fauçi: “Hətta ən yaxşı il belə, qrip peyvəndinin təsiri təxminən 60 faizə qədər olur. Buna görə də ümumiyyətlə peyvənd vurmamaqdan vuqmaq daha yaxşıdır və bizə daha güclü peyvədlər lazımdır.”

Bir neçə il əvvəl qripə qarşı peyvəndlərin təsiri dəhşətli vəziyyətə, 10 faizə enmişdi. Qızılca və sarı qızdırma kimi digər xəstəliklərə qarşı peyvəndlər demək olar ki, tamamilə effektivdir. Poliomelidə qarşı peyvənd də 90 faiz bu xəstəlikdən qoruyur. Hətta peyvəndi hazırlayanlar belə bundan narazıdırlar. Tədqiqatçı alim David Voqn: “Bizim qarşısını almağa çalışdığımız xəstəlik çox yayılıb. Bizim 20 faizdən çoxumuz il ərzində bu qripə yoluxacağıq.”

Hazırda bu qripin səbəb olduğu pnevmaniya kimi ağırlaşmalar daha asan müalicə olunur. Lakin həkimlər 1918-ci ildə dünya boyu 50 milyon insanın ölümünə səbəb olan belə bir qrip xəstəliyinə görə narahatdırlar. Son 100 ildə tibbdəki böyük nailiyyətlərə baxmayaraq, bunun nədən belə davam etməsi isə məlum deyil. “2009-cu ildə də H1 N1, donuz qripi yayıldı və bu qrip çox da ağır deyildi, yəni çox ölümə səbəb olmadı. Bu yeni virus da ölümcül idi və dünya boyu yayılmışdı” deyə. Entoni Fauçi bildirir.

Qrip virusunun bir hissəsi ildən ilə dəyişmir, buna görə də tədqiqatçılar virusun həmin hissəsini hədəf alan peyvənd axtarır. “Bu virus inkişaf etməkdə olan ölkələrdə daha çox ölümə səbəb olur və həmin ölkələrdə peyvənd çox az edilir.”

Hələ ki, universal bir peyvənd mövcud deyil, insanlar bu qripdən qorunmaq üçün mövsüm peyvəndləri qəbul etməlidir. Beləliklə, 1918-ci ildə yayılan qrip növlərinə yoluxmaq riski azalmış olar.

XS
SM
MD
LG