Accessibility links

Frankfurtda polis Doyçe Bankda (Deutsche Bank) reyd keçirib


Frankfurtda polis Doyçe Bankda (Deutsche Bank) reyd keçirib. Buna səbəb Panama sənədlərinə əsasən çirkli pulların yuyulması iddiaları olub.

Müstəntiqlər adı açıqlanmayan iki bank işçisinin offşor şirkətlər vasitəsi ilə pulların yuyulmasında iştirakını araşdırır.

Reyddə 170 polis işçisi, prokuror və vergi müfəttişləri iştirak edib. Yazılı və elektronik biznes sənədləri götürülüb.

Kristian Seuinq
Kristian Seuinq

Bu xəbər Deutsche Bank-ın 3 ildir qayda qalmaqalları və maliyyə itkisi səbəbləri ilə korlanan reputasiyasını düzəltməyə çalışdığı bir vaxta təsadüf edir.

Kristian Seuinq aprel ayında banka baş icraçı direktor təyin edilib. O, Amerikanın fəaliyyətlərini azaldıb, menecmentdə dəyişiklik etsə də, gəlirlər itkilərinin qarşısını ala bilməyib.

Deutsche Bank-ın səhmləri bu gün 3 faiz dəyər itirib. Beləliklə bank bu il dəyərlərinin yarısını itirmiş olur.

Reyd "Offshore-Leaks" və "Panama Papers"-in iddialarına əsasən keçirilib. 2016-cı ildə Panamanın Mossack Fonseca hüquq şirkətinin milyonlarla sənədi mətbuata sızmışdı.

Bundan sonra Skandinaviyanın Nordea and Handelsbanken bankları çirkli pulların yuyulması ittihamı ilə cərimələnmişdi.

Təkcə 2016-cı ildə Deutsche Bank 900-dən artıq müştərisinin Britaniyanın Vircin adalarında subsidiyalarını qeydiyyata alıb. Bu isə 311 milyon avro deməkdir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG