Accessibility links

Fransada xrsitanlar və müsəlmanlar arasında münasibət [Video]


Fransada xristanlarla müsəlmanlar arasında münasibət
please wait

No media source currently available

0:00 0:03:35 0:00

Fransada xrsitanlar və müsəlmanlar arasında münasibət

Fransada burkini adlanan, bütün bədəni örtən çirməlik geyimi ilə bağlı mübahisə ölkədəki dünyəvi cəmiyyət və müsəlman azlıq arasındakı mübarizənin üstünü açdı. Fransa Qərbi Avropada adambaşı hesabına ən böyük müsəlman əhaliyə sahibdir. Bəzən hiss edilməyən, bəzən isə hiss edilən bu gərginlik bir zamanlar mühacirləri qəbul etməklə fərəhlənən bu ölkədə törədilən son terror hücumlarından sonra artıb. Çimərliklərdən uzaqda iyul ayıında cihadçılar tərəfindən katolik keşişin öldürüldüyü şimali Fransa

Bizim hər gün yaşadığımız təşviş odur ki, Fransa prezident seçkilərinə hazırlaşır. Debatlar isə çox zaman dinc keçmir. Təhqirlər yer alır. Mövzular çox qızğın keçir və onlar bəzi icmalara xətər yetirə bilər.
Pyer Belhaş

icmasının sakinləri arasında belə bir qorxu hissi var ki, müsəlman əhalinin sürətlə artması sağçıların əks reaksiyası ilə nəticələnəcək, eyni zamanda isə solçu dünyəviçilər tərəfindən səssizcə dəstəklənəcək.

Ruen-də yerləşən qədim kilsənin zəngləri çalır, amma bura ibadət edənlərdən çox tursitlər gəlir. Bu, müasir, dünyəvi Fransadır, burada katolik kilsənin təsiri artıq azalıb. Buna görə də iyul ayında iki cihadçının yaşlı rahib Ata Jak Hameli öldürməsini anlamaq qeyri-mümkündür.

Kilsədə Hamelin müsəlman rəssam tərəfindən çəkilmiş rəsmi müsəlmanlar və xristinaların bir arada yaşamaq istəyini simvolizə edir.

Yaxınlıqda yerləşən Hamelin öldürüldüyü Sent Etiyen-du-Ruvrey kilsəsində onun prixodunda bazar messası keçirilir. İbadətə gələnlər yaşlılardı, onların sayı azalır, kilsə isə artıq köhnəlib.

İllər öncə xeyirxahlıq əlaməti olaraq kilsə torpağının bir hissəsini məscidin inşasına ayırıb.

“Bəzi insanlar üçün bu qəribə idi, çünki o zaman torpaq onlara bir franka verildi. Bu simvolik idi. Onlar torpağı verdilər. Bəzi insanlar da “indi burada məscid olacaq və bütün ərəblər bura gələcək” deyə düşünməyə başladılar,” deyə katolik dininə mənsub Antuanet Mulin bildirir.

Məscid isə inşa edildi və böyüdü. İndi cümə namazlarında, məscidin qapısında böyük izdiham oturur.

Hər iki icmanın liderləri kilsə və məscid arasındakı bu qapı ilə fəxr edir. Bu qapı, narahatlıqlara çıxış, təşvişdən həssaslığa keçid olaraq xidmət göstərir. Ata Hamel qətlindən sonra katoliklər müsəlmanları messaya, müsəlmanlar isə katolikləri cümə namazına dəvət edirdi.

Lakin son illərlər bu dinlərin problemləri həll etmə gücü azalıb.

“Daha öncəki icmada, dini məsələlərə toxunulmurdu. Bunun əvəzinə biz qardaşlıq barədə danışırdıq. 1980-ci illərdə biz irqçilik, iqtisadi məsələləri müzakirə edirdik. Düzdür ki, dini məsələlər Körfəz Müharibəsi zamanı müzakirə olunmağa başladı. Mənə elə gəlir ki, insanlar dinlə daha çox o zamandan sonra maraqlanmağa başladılar,” deyə imam Məhəmməd Karabila bildirir.

Daha öncəki icmada, dini məsələlərə toxunulmurdu. Bunun əvəzinə biz qardaşlıq barədə danışırdıq. 1980-ci illərdə biz irqçilik, iqtisadi məsələləri müzakirə edirdik. Düzdür ki, dini məsələlər Körfəz Müharibəsi zamanı müzakirə olunmağa başladı. Mənə elə gəlir ki, insanlar dinlə daha çox o zamandan sonra maraqlanmağa başladılar.
Məhəmməd Karabila

Fərqliliklərlə bağlı qorxuların xeyirxahlığı aradan qaldırdığı və sağçı, anti-immiqrant münasibətlərin yaranmasına səbəb olduğu ilə bağlı narahatlıq mövcuddur.

“Bizim hər gün yaşadığımız təşviş odur ki, Fransa prezident seçkilərinə hazırlaşır. Debatlar isə çox zaman dinc keçmir. Təhqirlər yer alır. Mövzular çox qızğın keçir və onlar bəzi icmalara xətər yetirə bilər,” deyə katolik rahib Pyer Belhaş bildirir.

Ruendə isə bu gərginlik əsasən sakitdir. Sağçı Milli Cəbhə partiyasının yerli rəsmiləri şərh verməkdən imtina etdilər. Amma hücumlardan bəri rəy sorğularında partiyaya dəstək artıb.

Ata Hamelin öldürüldüyü kilsədə isə bəziləri bu səssizlikdən narahatdır.

“Əhali arasında heç bir qəzəb nəzərə çarpmır. Heç bir hərəkat, üsyan da yoxdur. Amma təbii ki, insanlar səslərini seçki zamanı çıxaracaqlar,” deyə Ruen sakini Florens Giuliani bildirir.

Fransanı bir arada tutan katolisizmdən çox dünyəvilikdir. Ruen kilsəsində işıq şousu şəhər sakinlərini bir araya gətirir. Onların önündəki ən böyük öhdəlik- artan azlıq icma ilə aralarındakı fəqrləri aradan qaldırmaq və dünyəviliyi yaşatmaqdır.

XS
SM
MD
LG