Accessibility links

Makron və Le Pen Fransa seçkilərinin final mərhələsinə irəliləyirlər


Fransa Milli Cəbhəsi (FN) lideri Marine Marine Le Pen (ortada) və "İrəli!" hərəkatının rəhbəri Emmanuel Makrona (sağda) məxsus siyasi posterlər. Antibes, Fransa, 14 aprel, 2017.

Fransada prezident seçkilərinin birinici turunun erkən nəticələri mərkəzçi Emmanuel Makron və ultra-sağcı, anti-immiqrant namizəd Marine Le Penin final mərhələyə çıxıdqlarını göstərir.

Müasir Fransa Respublikasnın tarixində ilk dəfədir ki, prezident kürsüsü qeyri-ənənəvi partiyaya məxsus olacaq. Səsverməni siyasi zəlzələ kimi dəyərləndirən təhlilçilər nəticələrin vətəndaşlar arasında siyasi isteblişmentə və status-kvoya dərin ikrah hissini büruzə verdiyini deyirlər.

Bir ilin içərisində biz bütün Fransa siyasətini dəyişdik.
Emmanuel Makron

Səsvermənin yekun nəticələri Fransanın Avropa İttifaqında qalıb-qalmayacağını müəyyən edə bilər.

Birinci raundun nəticələrinə görə, Makron səslərin 23.8 faizini, Le Pen isə 21.7 faizini qazanıb. İki həftə sonra - mayın 7-də keiriləcək final səsvermədə qalib mütləq səs çoxluğu ilə müəyyən olunacaq.

"Bir ilin içərisində biz bütün Fransa siyasətini dəyişdik," deyə Makron qələbə nitqində söyləyib.

Prezidentliyə namizəd Emmanuel Makron tərəfdarlarına əl yelləyir. Paris, Fransa, 23 aprel, 2017.
Prezidentliyə namizəd Emmanuel Makron tərəfdarlarına əl yelləyir. Paris, Fransa, 23 aprel, 2017.

39 yaşlı Makron sabiq iqtisadiyyat naziri olaraq Avropa İttifaqını dəstəkləyir, biznesə meyllidir və populyarlığını itirmiş sosialist prezident Fransua Ollandla əməkdaşlıq edib. Lakin onun “İrəli!” adlanan hərəkatı Fransanın varlı urban zonalarında qlobalist mesajı ilə geniş dəstək tapıb.

Onun qarşısında duran əsas vəzifə indi mərkəzçi və solçu qüvvələri öz ətrafında birləşdirmək, eyni zamanda xalqı özünün Ollandın davamçısı olmayacağına əmin etməkdir.

Makronun rəqibi Marine Le Pen və onun rəhbərlik etdiyi Milli Cəbhə partiyasına əsas dəstək Fransanın sabiq sənaye guşələrindən qaynaqlanır. Burada işsizlik hazırda yüksək səviyyədədir və çoxları müasir iqtisadi-sosial düzəndən narazıdırlar.

Fransa ultra-sağının lideri Marine Le Pen qələbəsini əlində gül buketi bayram edir. Henin-Beaumont, şimali Fransa, 23 aprel, 2017.
Fransa ultra-sağının lideri Marine Le Pen qələbəsini əlində gül buketi bayram edir. Henin-Beaumont, şimali Fransa, 23 aprel, 2017.

Fransanın Avropa İttifaqından çıxmasını istəyən Le Pen həmçinin özünə çox sayda solçu və mərkəzçilərdən dəstək alıb. O, ümid edir ki, qarşıdan gələn iki həftədə mərkəz və sağçı seçicilər arasında dəstəyini genişləndirəcək.

“Fransız xalqını azad etməyin vaxtı çatıb,” deyə Le Pen qələbə nümayişində bəyan edib.

11 namizəd arasında öndə gedən namizədlərdən biri də sabiq Baş Nazir Fransua Fiyon idi. Onun mərkəz-sağçı mühafizəkar partiyası Fiyonun öz qohumları üçün saxta işlər düzəltmək haqda iddiaları qarşısında zəifləmişdi. Bazar günün təslim olan Fiyon öz dəstəyini Makrona verib.

Səsvermə bir neçə gün öncə Parisdə baş vermiş terror hadisəsindən sonraya təsadüf edir. Bəzi müşahidəçilər anti-mühacir sentimentlərinə yol açan terror hücumundan Le Penin bəhrələndiyini güman edirlər.

XS
SM
MD
LG