Accessibility links

Fransanın daxili işlər naziri Azərbaycana buraxılmaya bilər


Fransanın yeni daxili işlər naziri Azərbaycana səfər edərsə ölkəyə buraxılmaya bilər. Bruno Le Runun adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısındadır.

“Arzuolunmaz şəxslər” siyahıda 91-ci olan Bruno Le Runun adının qarşında belə yazılıb: “Fransa Milli Assambleyasının üzvü, 6 dekabr 2016-cı il tarixindən etibarən Fransanın daxili işlər naziridir”.

Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabrında Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərinə Azərbaycan hökumətinin razılığı olmadan səfər edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Amerikanın Səsinə bildirib ki, Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq “arzuolunmaz şəxslər” siyahısına daxil edilir.

“Qanun qanundur və hamıya da eyni cür şamil olunur”, o qeyd edib.

Hazırda ermənilərin nəzarətində olan Azərbaycan ərazilərinə Azərbaycan hökumətinin razılığı olmadan səfər etmiş 623 nəfər “arzuolunmaz şəxs”lər siyahısına daxil edilib.

Amma bu siyahıya adları salınmış şəxslərə qarşı istisnalar da olur. Belə ki, “arzuolunmaz şəxslər”dən bəziləri Azərbaycan Xarici İşlər Nazirliyinə üzrxahlıq məktubu yazaraq səhv etdiklərini etiraf etdikdən sonra adları siyahıdan çıxarılıb. Bu günlərdə Rusiya vətəndaşı Soso Pavliaşvili üzrxahlıq məktubu yazdıqdan sonra hətta Azərbaycanda konsert proqramı ilə çıxış edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG