Accessibility links

Fransada bəzi məktəblər koronavirus səbəbilə yenidən bağlanıb


Fransada bəzi məktəblər açılandan bir həftə sonra yenidən bağlanıb, çünki bəzi tələbələr və məktəb işçilərinin COVID-19 testi müsbət çıxıb. Bu barədə bazar ertəsi təhsil naziri məlumat verib.

Fransanın RTL radiosuna danışan Fransanın təhsil nazili Jan-Mişel Blanker ötən həftə 40 min məktəbəqədər təhsil müəssisələri və ibtidai siniflərin olduğu məktəblər açılandan sonra 70 yeni koronavirus halının qeydə alındığını təsdiq edib. Bu məktəblər Fransadakı ümumi ibtidai sinif və məktəbəqədər təhsil müəssisələrinin dörddə birini təşkil edir.

Lakin Blanker ölkənin məktəbləri açmaq qərarını dəstəkləyib və deyib ki, virus səbəbilə bağlanan məktəblərin nisbəti Fransada məktəblərin yenidən açılması ilə bağlı görülən tədbir və protokolların “sərt” olduğunu göstərir.

“Bu bizim sərt tədbirlər gördüyümüzü göstərir...biz hər zaman ehtiyatlıyıq və sərt sağlamlıq protokolları tərtib edirik,” Blanker deyib.

Təhsil naziri şagirdlərin məktəblərə geri dönmələrinin vacibliyini vurğulayaraq təhsilin “ikinci dərəcəli” olmadığını deyib.

O, testi müsbət çıxanlardan neçəsinin şagird, müəllim və ya işçi olduğunu bildirməyib.

COVID-19 uşaqlarda nadir rast gəlinən bir xəstəlikdir.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatına görə, Fransada indiyədək 180 minə yaxın yoluxma və 28 mindən çox ölüm halı qeydə alını .

XS
SM
MD
LG