Fransada pensiya islahtlarına etiraz olaraq ölkə boyu nümayişlər keçirilir. Həmkarlar birlikləri bu gün 230 nümayişdə milyonlarla insanın iştirak edəcəyinə ümid edirlər. Sentyab ayı Fransa parlamentinin aşağı palatası 2018-ci ildən minimum pensiya yaşının 60-dan 62-yə artırılması planını təsdiq etmişdir. Yuxarı palatanın bu planı yaxın günlərdə müzakirə edəcəyi gözlənilir. Hökumət bildirib ki, artım pul itirən pensiya sistemi üçün zəruri islahatlardır. Fransada pensiya yaşı Avropada ən aşağı yaşdır.
Hökumət bildirib ki, artım pul itirən pensiya sistemi üçün zəruri islahatlardır