Accessibility links

Fransada "sarı jiletlilər" yenidən etiraz edir


Şənbə günü sari jiletlilər Paris və digər şəhərlərin küçələrinə axışıb. Onlar artıq 11 həftədir hökümətə qarşı etiraz edir. Bu isə prezident Emmanuel Makronun onun siyasətinə qarşı etiraz edənləri hələ də razı sala bilmədiyini göstərir.

Paytaxtda planlaşdırılan bir neçə yürüşdən birində yüzlərlə nümayişçi Şanzelize bulvarından şəhərin digər hissəsində yerləşən Bastiliya meydanına doğru hərəkət edib.

Öncəki həftələrdə olduğu kimi etirazçılar Fransa bayraqları dalğalandırıb, “Kral Makrona” hücum edən plakatlar nümayiş etdirib və adi vətəndaşların müzakirə edəcəyi referenduma çağırıb.

Bəzi etirazçılar axşam saat 5-də Respublika meydanında başlayacaq “Sarı gecə” adlı axşam etirzlarına çağırıb.

Son iki şənbə olduğu kimi, bu həftə də paytaxtdakı nümayişlər dekbarda müşahidə olunan zorakılıqlardan fərqli olaraq dinc keçib.

Fransanın digər şəhərlərində də etirazlar keçirilib. Ölkənin şərqində yerləşən Strasburq şəhərində Avropa Parlamentinə doğru yürüyüb. Bundan əlavə Tuluz şəhərində də yürüş keçirilib. Son həftələrdə orada paytaxtdakı qədər insan toplaşıb.

Makron etirazları yatırmaq məqsədilə bir sıra ictimai debatlara start verib və onların tədbirlərə gətirib çıxaracağına söz verib.

Hərəkat daxilində bəzi ixtilaflar yaranıb. Belə ki, bəzi “sarı jiletlilər” may ayında keçiriləcək seçkidə Avropa Parlamentinə namizəd siyahısı irəli sürüb. Bəzi digər fəallar isə bu addımı xəyanət kimi qiymətləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG