Accessibility links

Freedom House ABŞ-da demokratiyanın zəiflədiyini bildirir


Freedom House ABŞ-da demokratiyanın ciddi şəkildə zəiflədiyini bildirib. Qurum buna səbəb kimi prezident Donald Trampın davamlı olaraq, qanunun aliliyi, faktlara əsaslanan jurnalizm və demokratiya normalarına təzyiqlərini göstərib.

Ən böyük təhlükə Amerika demokratiyasının davamlı olmamasıdır. Xüsusilə də prezidetin ölkənin prinsiplərinə hörmətsizlik nümayiş etdirməsi

ABŞ-da yerləşən qeyri-hökumət təşkilatını illik hesabatında digər ölkələrdə də demokratiyanın avtoritarizm tərəfindən kölgə altına alındığna dair xəbərdarlıq edib.

“Ən böyük təhlükə Amerika demokratiyasının davamlı olmamasıdır. Xüsusilə də prezidetin ölkənin prinsiplərinə hörmətsizlik nümayiş etdirməsi” - deyə, Freedom House-un prezidenti Maykl Abramovits bildirib.

Təşkilat Birləşmiş Ştatların hələ də qüdrətli demokratiya olaraq qaldığını vurğulayır. Eyni zamanda ABŞ-ın Freedom House balı onu Yunanıstan, Xorvatiya və Monqolustan kimi ölkələrlə bir sıraya qoyur ki, bu göstərici Almaniya, Fransa və Britaniyanın demokratiya indekslərindən xeyli aşağıdır.

Freedom House ABŞ-ın dünya boyu tərənnüm etdiyi dəyərlərə sadiq qalmasının vacibliyini vurğulayır.
Freedom House ABŞ-ın dünya boyu tərənnüm etdiyi dəyərlərə sadiq qalmasının vacibliyini vurğulayır.

Təşkilat dünyanın 68 ölkəsinin 2018-ci il ərzində siyasi hüquqlar və vədətdaş azadlıqları baxımından geriləmə müşahidə edildiyini deyir. 50 ölkədə irəliləmə qeydə alınıb.

Hesabatda deyilir ki, 13 il davamlı olaraq qlobal azadlıq sahəsində geriləmə müşahidə edilib.

Hesabatda 195 ölkədə demokratiya və insan haqlarının vəziyyəti təhlil edilib.

Bunlardan 86 ölkə (44 faiz) azad, 59 ölkə (30 faiz) qısmən azad və 50 ölkə (20 faiz) azad olmayan ölkələr kateqoriyasına daxil edilib.

Hesabatda qeyd olunur ki, getdikcə artan sayda ölkə mühacir, sürgündə olan və diaspora üzvü olan keçmiş soydaşların hədəflənməsi ilə məşğul olub.

Freedom House təşkilatı keçmiş həmvətənləri xaricdə hədəfləyən və onlardan qisas alan 24 ölkəni müəyyənləşdirib. Bunlar arasında Rusiya, Çin, İran, Türkiyə və Səudiyyə Ərəbistanı da var.

Hesabatda azad olmayan 50 ölkə arasında “pisin pisi” kateqoriyası müəyyənləşdirilib.

Bunlar Suriya, Cənubi Sudan, Eritrea, Türkmənistan, Şimali Koreya, Ekvatorial Qvineya, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Tacikistan, Özbəkistan, Mərkəzi Afrika Respublikası və Liviyadır.

Hesabatda Özbəkistan və Ermənistanda gedən demokratikləşmə prosesiləri təqdir olunduğu halda Rusiya və Azərbaycan hesabatın bir neçə yerində tənqid edilir.

Qeyd olunub ki, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan, dövlət resurlarından sui-istifadədən və həqiqi siyasi opponentlərin təqibindən, habelə birbaşa fırıldaqdan faydalanmaqla növbəti müddətə prezidentliklərini təmin edib.

Hesabata görə, Azərbaycan 2019-cu ildə də "azad olmayan" ölkələr kateqoriyasında qalır. Onun Cənubi Qafqazdakı iki qonşusu - Ermənistan və Gürcüstan "qismən azad" ölkələr hesab edilir.

XS
SM
MD
LG