Accessibility links

Freedom House: Azərbaycanda hökumət məhkəmə vasitəsilə jurnalistləri susdurur


Vaşinqtonda qərargahlanan Freedom House ATƏT-in bir sıra üzv ölkələrində jurnalistlərə hücumların və onların qorxudulması hallarının artmasından dərindən narahatlığını ifadə edib.

ATƏT-in Polşanın paytaxtı Varşavada keçirilən tədbirdə yayılan geniş bəyanatda Azərbaycanda azad mətbuatın susdurulması xüsusi nümunələrlə vurğulanır.

Təşkilat Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Ukrayna və onun Krım vilayətində jurnalistlərin əvvəlki kimi təhlükəsiz olmadığını qeyd edir.

Qarayaxma kampaniyaları hökumətin ələlxüsus qadın jurnalistlərə qarşı işlətdiyi məkrli taktikadır. Bunların ən bədnam nümunəsi Xədicə İsmayılovanın hədəf alınmasıdır.

Freedom House bildirir ki, son bir ildə bu ölkələrdə tənqidi səsləri susdurmaq üçün, eləcə də Krım tatarları, kürdlər kimi milli azlıqlara qarşı fiziki zorakılıq, hüquqi cəza tədbirləri, qarayaxma kampaniyaları, qısnamaların digər formalarından istifadə olunub.

“Bu səslərin susdurulması ATƏT üzvü ölkələrdə demokratiya, təhlükəsizlik və insan haqlarının durumuna davamlı təsir göstərir,” bəyanatda bildirilir.

Qarayaxma kampaniyasına misal kimi 2012-ci ildə Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayılovanın gizli kamerayla çəkilmiş görüntülərinin yayılması göstərilir. İsmayılova prezident İlham Əliyevin ailə üzvlərinin böyük maliyyə holdinqlərini üzə çıxarmışdı.

Bundan əlavə təşkilat ABŞ-da çalışan müstəqil jurnalist Sevinc Osmanqızı və "reallıq.info” saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun işlərinə də toxunub.

Qurum Azərbaycan hakimiyyətinin ölkədə peşə fəaliyyətinə görə heç bir jurnalistin təqibə məruz qalmadığını bildirir. İndiyədək həbs cəzası çəkmiş, yaxud çəkməkdə olan media əhlinin konkret cinayətə görə cəzalandırıldığı vurğulanır.

Jurnalist İkram Rəhimov prezident köməkçisi Əli Həsənovu tənqid etdikdən sonra həbs edilib. Rəhimov Azərbaycanda son illərdə siyasi motivli ittihamlarla həbsə salınan jurnalistlər sırasındadır..
Jurnalist İkram Rəhimov prezident köməkçisi Əli Həsənovu tənqid etdikdən sonra həbs edilib. Rəhimov Azərbaycanda son illərdə siyasi motivli ittihamlarla həbsə salınan jurnalistlər sırasındadır..

Freedom House ATƏT-dən tələb edir ki, jurnalistləri qoruya bilməyən hökumətlərdən buna görə hesabatlılıq tələb etsin.

“Jurnalistlərinin öz işlərini görə bildiyi təhlükəsiz mühit ATƏT mexanizminin əsasında duran demokratik idealların sütunudur”, təşkilat qeyd edib.

Bundan əlavə Freedom House təşkilatı yuxarıda adı çəkilən ölkələrin hakimiyyətlərinə aşağıdakı çağırışları edir:

1. Jurnalistlərə qarşı hücumları hərtərəfli araşdırmaq və təqsirkarları cəzalandırmaq.

2. Hökumətlərin siyasi və ya tənqidi məqalələrə görə jurnalitlərə qarşı cinayət işlərindən sui-istifadə etməsinin qarşısını almaq üçün mexanizm qurmaq.

Azərbaycan kimi ölkələrdə jurnalistlər adətən 'vergidən yayınma', 'narkotik maddə gəzidrmə' və ya 'reket' ittihamları ilə həbsə salınır.

3. Etnik cəmiyyətləri təmsil edən jurnalistlərin, xüsusilə Krımın tatar əsilli jurnalistlərinin, insan haqları müxbirlərinin və Türkiyədəki kürd jurnalistlərin təqiblərinə son vermək.

4. Media azadlığı və jurnalistlərin təhlükəsizliyini yaxşılaşdırmaq istəyən mövcud qanun layihələrini nəzərdən keçirmək və təklif olunan tövsiyələri həyata keçirmək üçün DTİHB-yə (ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu) və RFoM-a (ATƏT-in media azadlığı) müraciət etmək.

Rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir. Ölkədə söz və mətbuat azadlıqlarının tam təmin edildiyini bildirir.

Hazırda Azərbaycanda altı jurnalist həbsdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG