Accessibility links

Fəza maşını Marsda parıltılı əşya tapıb


ABŞ fəza agentliyi NASA deyir ki, Curiosity roveri Mars səthindən nümunə götürərkən parıltılı əşya tapıb.

Basar ertəsi açıqladığı bəyanatda NASA bildirib ki, ola bilsin ki, əşya altı-təkərli robot maşından qopub.

NASA deyir ki, tapıntılar vibrasiya vasitəsilə ələnib ki, Yer kürəsindəki alimlər toplanmış maddənin xassəsini öyrənə bilsinlər.

Tezliklə elmi cihazlar toplanmış maddələri tədqiq etməyə başlayacaqlar.

Rover alimlər həmin əşyanı müəyyən edənədək Marsdan əlavə torpaq qazımayacaq.

Curiosity roveri avqust ayında Marsa enərək iki iliik missiyaya başlayıb.
XS
SM
MD
LG