Accessibility links

Gürcüstan müxalifəti prezident seçkilərinin nəticələrinə etiraz olaraq aksiya keçirib


Gürcüstan müxalifəti dekabrın 2-də Tbilisinin mərkəzində prezident seçkilərinin nəticələrinə etiraz olaraq aksiya keçirib.

Müxalifət tərəfdarları hakimiyyəti seçicilərə təzyiq göstərməkdə və nəticələri saxtalaşdırmaqda ittiham edib. Aksiyaçılar ölkədə vaxtından əvvəl prezident seçkisi təyin edilməsini tələb edib.

“Güc birlikdədir” müxalifət birliyinin nümayəndələri noyabrın 29-da keçirilən prezident seçkisinin nəticələrini tanımır. Müxalifət qüvvələrinin hüquqşünasları nəticələrin ləğvi ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırırlar.

Qeyd edək ki, həmin seçkidə hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili qalib gəlib.

Salome Zurabişvili
Salome Zurabişvili

Mixeil Saakaşili videoyazı vasitəsi ilə mitinq iştirakçılarına müraciət edərək bildirib ki, bu mübarizə mütləq qələbə ilə nəticələnəcək.

"Mən bu mübarizədə sizlərdən biriyəm.Məni çağıran kimi,sizin, liderlərinizin yanında olacağam" - deyə, Saakaşvili bildirib.

Seçkidə onun rəqibi keçmiş prezident Mikheil Saakashvilinin tərəfdarı Qriqol Vaşadze idi.

Qriqol Vaşadze
Qriqol Vaşadze

Yeni prezidentin andiçmə mərasimi dekabrın 16-da olmalıdır.

Beynəlxalq müşahidəçilər seçkinin azad şəraitdə keçirildiyini bəyan etsələr də, namizədlərə bərabər şərait yaradılmadığından şikayətlənir.

Salome Zurabişvili seçkinin ikinci mərhələsində 60, Vaşadze isə 40,5 faiz səs toplayıb.

XS
SM
MD
LG